Təhlükəli itüzümü
Təhlükəli itüzümü | |
---|---|
![]() | |
Elmi təsnifat | |
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Solanoideae Triba: Lycieae Cins: ???: Təhlükəli itüzümü |
|
Beynəlxalq elmi adı | |
|
|
Təhlükəli itüzümü (lat. Lycium horridum)
Təbii yayılması
Cənubi Afrikada yayılmışdır.
Botaniki təsviri
Hündürlüyü 2 m olan həmişəyaşıl koldur. Açıq sarımtıl budaqları, yaşıl, neştər və ya ellips formalı yarpaqları olur. Yarpaq qoltuğundan nazik tikanları çıxır. Çiçəkləri cəhrayı rənglidir. Meyvələri tam yetişdikdə qırmızı olur. İyun ayından başlayaraq noyabra qədər çiçəkləyir, meyvələri sentyabr-dekabr aylarında yetişir. Toxum və qələmlə çoxaldılır.
Ekologiyası
Torpağa tələbkar deyil, quraqlığa və kölgəyə davamlıdır.
Azərbaycanda yayılması
Dendrologiya İnstitutunun təcrübə sahəsinə introduksiya edilmişdir.
İstifadəsi
Payızda, qışın əvvəllərində yetişən və yaza qədər bitki üzərində qalan yumru, iri və tünd qırmızı meyvələri yaşıl yarpaqların fonunda bitkiyə xüsusi qözəllik verir. Canlı çəpərlərin tərtibatında istifadə edilir.
İstinadlar
- Tofiq Məmmədov, "Azərbaycan dendroflorasi" V cild, Baki, "Elm", 2019, 370 səh.