Təkdənli buğda

Təkdənli buğda
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Commelinids
Klad:
Graminid clade
Klad:
BOP clade
Yarımfəsilə:
Pooideae
Tribaüstü:
Triticodae
Triba:
Triticeae
Cins:
Növ:
Təkdənli buğda
Beynəlxalq elmi adı

Təkdənli buğda (lat. Triticum monococcum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin buğda cinsinə aid bitki növü.

Statusu

Çox nadir növdür.

Yayılması

Şuşakənd, Topxana ətrafında və Laçın, Şuşa, İsmayıllı, Yardımlı rayonlarında rast gəlir. Azərbaycandan kənarda – Krım, Ermənistan, Balkan yarımadası və Ön Asiya.

Bitdiyi yer

Quru, çınqıllı, gilli, qumlu yamaclar, az münbit torpaqlarda.

Ehtiyatı

Azdır. Tək-tək, bəzən qrup halında rast gələn sahələri məlumdur.

Çoxalması

Toxumla çoxalır.

Ehtiyatının dəyişilməsi səbəbləri

Ərazidən təsərrüfat üşün istifadə etdikdə asanlıqla yox ola bilər.

Becərilməsi

Məlumat yoxdur.

Qəbul edilmiş qorunma tədbirləri

Xüsusi mühafizə tədbirləri hazırlanmamışdır.

Zəruri qorunma tədbirləri

Seleksiya işində böyük əhəmiyyətə malikdir. Bitdiyi yerləri tam qorumaq lazımdır.

Sinonimləri

Homotipik sinonimləri

  • Crithodium monococcum (L.) Á.Löve
  • Nivieria monococca (L.) Ser.
  • Triticum aestivum var. monococcum (L.) L.H.Bailey
  • Triticum monococcum subsp. cereale Asch. & Graebn.
  • Triticum monococcum var. vulgare Körn.
  • Triticum sativum subsp. monococcum (L.) Voss
  • Triticum vulgare convar. monococcum (L.) Alef.

Yarımnövləri

  • Triticum monococcum subsp. aegilopoides (Link) Thell.
  • Triticum monococcum subsp. monococcum

İstinadlar

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 86.

Həmçinin bax