Təzəkənd (Xızı)

Təzəkənd
40°53′11″ şm. e. 49°10′14″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Təzəkənd xəritədə
Təzəkənd
Təzəkənd

TəzəkəndAzərbaycan Respublikasının Xızı rayonunun Tıxlı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun faktiki mövcud olan Təzəkənd kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Tıxlı kənd Sovetinin tərkibinə verilmişdir.[2]

Tarixi

Təqribən 150 il bundan əvvəl yaranıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xızı-Bərmək yurdunda ilk məktəb bu kənddə yaradılıb. Məktəb Hacı Yəhyanın evində yerləşirdi. Cümhuriyyət süqut etdikdən sonra Məhəmməd Əmin Rəsulzadə Lahıca gedərkən Müsavat Partiyasının sonuncu gizli iclasını məhz Təzəkənddə keçirmişdir, iclasda Seyid Hüseyn Sadiq partiyanın sədri, Cəfər Cabbarlı isə katibi seçilmişdir. Sovetlər qurulduqdan sonra "Yeni yol" kolxozu yarandı. 1959-cu ildə kolxoz dağıldı və ardınca Xızı rayonu inzibati-ərazi vahidi olaraq ləğv edildi, beləcə kəndi camaat tərk etdi. Kənddə yalnız "Yeni yol" kolxozunun sədri Bəxtiyar Ələsgər oğlu Abbasov öz ailəsi ilə qaldı.

Coğrafiyası və iqlimi

Kənd rayon mərkəzi, Bakı və digər bölgə mərkəzləri ilə əlaqə baxımından çox əlverişli nöqtədə yerləşirdi. Kəndin şəhər tərəfdən girişində Tıx və Gəmşər çayları qovuşur. Kənd Baybəgim dağının ətəyində yerləşir. Təbiəti heyvandarlıq üçün çox əlverişlidir, kənd qışlaq funksiyası daşıyır.

Əhalisi

Əsrin əvvəllərində kənddə 104 ailə yaşayırdı. Kənddə 3 nəsil vardı: Hacıhəmzəlilər, Lohəsənlilər (Səyyad Xızılılar – 1630-cu ildə İrandan gəlmə) və Hacıbabalılar (Şıx Xızılılar). Hazırda kənddə 8 ailə yaşayır.

Tanınmış şəxsləri

  • Kərəm Abbasov — 1920–1934-cü illərdə Rayon Maarif şöbəsinin müdiri.
  • Qulam Həsənzadə — İctimai xadim, 1937-ci ildə repressiya qurbanı olmuşdur.
  • Şəmsəddin Abbasov — Azərbaycan Radio Komitəsinin ilk sədri, Azərbaycan Mərkəzi Komitəsinin katibi, Azərbaycan Ali Sovetinin sədr müavini, Filarmoniyanın direktoru.
  • Tofiq Həsənzadə — Azərbaycan SSR Mərkəzi Komitəsinin orqanı olan "Komunist" qəzetinin şöbə müdiri.
  • Kübra Həsənzadə — Azərbaycan SSR əməkdar müəllimi.
  • Gündüz Abbasov — Məşhur aktyor.
  • Seyfəddin Dağlı — Yazıçı–publisist, Kirpi jurnalının baş redaktoru.
  • Rəşid Abbasov — Zaqafqaziya Elektrik Şəbəkəsinin müdiri.
  • Təranə Həsənzadə — Həkim, kardiorevmatoloq.
  • Hacı Kərəm Abbasov — Azərbaycan Milli Azadlıq Hərəkatının fəal üzvlərindən (1988–1990), "Tövbə" Cəmiyyətinin yaradıcılarından biri, Bakı və Kəndlər Birliyinin sədri (2003–2005).

Mədəniyyəti

XX əsrin əvvəllərində kənddə heç bir bölgədə analoqu olmayan, gözətçisiz, sahibsiz, özünəxidmət üsulu ilə işləyən Qonaq evi var idi. Bu layihə və ev kənd sakini Əbdülhəsən dayıya məxsus idi. Bundan başqa kənddə Məscid və Dəyirman fəaliyyət göstərirdi. 1961-ci ildən etibarən kəndin yeganə məktəbi öz fəaliyyətini dayandırdı. XXI əsrin əvvəllərində isə məktəb, məscid və dəyirman dövlət tərəfindən sökülmüşdür.

İstinadlar

Həmçinin bax