Tahir Tahirov
Tahir Tahirov | |
---|---|
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (71 yaşında) |
Vətəndaşlığı |
![]() ![]() |
Həyat yoldaşı | Rəhilə Atakişiyeva |
Uşağı | Rəşid Tahirzadə |
Atası | Rəşid Tahirov |
Anası | Xanım Əzizova |
Fəaliyyəti | Rəssamlıq |
Stillər | Teatr dekor, geyim üzrə rəssam |
Tanınmış işləri | Babək filmi, Qorxma mən səninləyəm, Babək baleti, Arşın mal alan operası, Aydın tamaşası. |
Mükafatları |
![]() ![]() |
Tahir Rəşid oğlu Tahirov (30 may 1948, Bakı – 12 sentyabr 2019) — Azərbaycan teatr rəssamı, rəngkar, Azərbaycan Respublikasının xalq rəssamı (2013).
Həyatı
T.Tahirov 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsini bitirmişdir. O, müxtəlif vaxtlarda Akademik Milli Dram Teatrında, Dövlət Gənc Tamaşaçılar Teatrında, Dövlət Rus Dram Teatrında bir çox tamaşaların bədii həllini vermişdir. O, bir müddət Dövlət Akademik Opera və Balet Teatrında quruluşçu rəssam vəzifəsində çalışmışdır. T.Tahirov Opera və Balet Teatrının səhnəsində F.Əmirovun "Sevil", "Min bir gecə", "Nizami", C.Verdinin "Travita" operalarına, Donisettinin "Arlekinada", P.İ.Çaykovskinin "Romeo və Cülyetta", T.Bakıxanovun "Xəzər balladası", X.Mirzəzadənin "Ağ və Qara", Q.Qarayevin "Leyli və Məcnun", "Don Kixot" baletlərinin səhnə tərtibatının və geyim eskizlərinin müəllifidir. T.Tahirov bir çox dövlət əhəmiyyətli tədbirlərin quruluşçu rəssamı olmuşdur. Onların sırasında Qanlı Yanvar hadisələrinin ildönümü, M.Dilbazi, S.Vurğun, Ə.Əliyev, Füzuli, Prezidentin and içmə mərasimi və başqaları vardır. 30 may 2002-ci ildə əməkdar rəssam, 25 iyun 2013-cü ildə Zirvə mükafatına və 25 iyun 2013-cü ildə xalq rəssamı adına layiq görülmüşdür. 5 mart 2018-ci ildə Sənətkar medalı almışdır.
Filmoqrafiya
- Babək (film, 1979)
- Şeytan göz qabağında (film, 1987)
- Yoxlama (film, 2006)
- Cavad xan (film, 2009)
- Sübhün səfiri (film, 2012)
- Qorxma, mən səninləyəm! 1919 (film, 2013) (film, 2013)
İstinadlar
https://www.youtube.com/watch?v=JJba3dBk_ns
https://www.teaspress.az/az/products/incesenet/435[1]
İstinadların sınaq göstərişi
- ↑ "Sənətkar ömrü kitabı, əsəri, nəşri, çap məhsulu, kitab - Müəllif Tahir Tahirov ::". TEAS Press Nəşriyyat evi (ingilis). 2025-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-25.