Tavus ibn Keysan
Tavus ibn Keysan | |
---|---|
ərəb. طاوس الحميري | |
Doğum tarixi | 634 |
Doğum yeri | |
Vəfat tarixi | 724 |
Vətəndaşlığı | Əməvilər xilafəti |
Fəaliyyəti | mühəddis |
Tavus ibn Keysan (ərəb. طاووس بن كيسان; 634, Yəmən – 724) — mühəddis və fəqih.
Həyatı
Tavus ibn Keysan 653-cü ildə Yəməndə doğuldu və Cənəd şəhərində yaşadı. Əsl adının Zəkvan, ləqəbinin Tavus olduğunu söyləyənlər varsa da, Tavus adıyla şöhrət tapmışdır. Tavus (süs, zinət) ləqəbinin ona qiraətçilərin öndə gələnlərindən (Tavusül-qurra) olması dolayısıyla verildiği qeyd edilir. Dönəmin Sasani hökmdarının Yəməni zəbt etmək üçün göndərdiyi əsgərlərin soyundan gələn (əbna) Fars kökənli bir ailəyə mənsubdur. Əməvilərin ilk dönəmlərində Yəmənə amil təyin edilən Bahir ibn Risan əl-Himyəri və ya İbn Hövzə əl-Həmdaninin mövlası olduğu nəql edilir. Ailəsinin mənşəyi haqqında başqa rəvayətlər də zikr edilməkdə, anasının Fars əsilli olub, atasının Nəmir ibn Kasıt qəbiləsinə mənsub olduğu yaxud bu ailənin bir Ərəb qəbiləsiylə heç vəla aqdi qurmadığı, ancaq Tavusun atası Keysanın Himyər qəbiləsindən bir qadınla evləndiyi və Tavusun bu evlilikdən dünyaya gəldiyi bildirilir [1].
Tavus əlli nəfərə qədər səhabini gördü, onlardan hədis və elm öğrəndi. Yəməndə yaşamaqla birlikdə zaman-zaman müəllimi Abdullah ibn Abbasın olduğu Məkkəyə və Zeyd ibn Sabitin yaşadığı Mədinəyə səyahətlər etdi. Hədis rəvayət etdiyi səhabilər arasında Əbu Hüreyrə, Aişə, Zeyd ibn Sabit, Zeyd ibn Ərkam, Süraka ibn Malik, Səfvan ibn Üməyyə, Cabir ibn Abdullah, Abdullah b. Ömər, Abdullah b. Abbas, Abdullah b. Zübəyr, Abdullah ibn Əmr bin As yer alır.
İstinadlar
- ↑ Buxari, IV, 365