Tirəndazlar

Tirəndazlar
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Tirəndazlar
Beynəlxalq elmi adı

Tirəndazlar (lat. Hystricidae) — Gəmiricilər dəstəsinə aid fəsilə.

Xüsusiyyətləri

Tirəndazlar məməlilər arasında ən üzün tikanlara malik heyvandır. Bu tikanlardan bəzilərinin uzunluğu 40 sm, diametri 7 mm-ə çatır.

Tirəndaz tikanlarının müxtəlif növləri

Yayılması

Tirəndazlar əsasən Asiya və Afrikanın tropik və subtropik hissələrində yayılmışlar. Onun Avropanın cənubuna insan tərəfindən gətirilməsi, yaxud təbii şəkildə gəlməsi hələ də aydınlaşdırılmayıb.

Əsas növləri cənub-şərqi Asiyadadır. Onlar həmçinin Avropa, Afrika, Hindistan, Cənubi Amerika, həmçinin ABŞ, Kanada, Orta Asiya və Qazaxıstanda da yaşayırlar. Onların təbii yaşadıqları yer səhralar, savannalar və tropik meşələr də ola bilər.

Davranışı

Yerdə yaşayırlar. Bəzi növləri yeraltı lağımlar düzəldir, bəziləri qayaların yarıqlarında və başqa heyvanların yuvalarında gizlənirlərlər. Bitkilərlə qidalanırlar və yemək axtarmağa adətən gecələr çıxırlar.

Təsnifat

Tirəndazlar fəsiləsinə 4 cins daxildir:

  • Uzunquyruq tirəndaz (Hystrix Trichys)
  • İndoneziya tirəndazı (Hystrix Thecurus)
  • Fırçaquyruq tirəndaz (Hystrix Atherurus)
  • Ağac tirəndazı (Hystrix Erethizontidae)

İstinadların sınaq göstərişi

  1. Integrated Taxonomic Information System (ing.). 2001.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0