Uşa Vens
Uşa Vens | |
---|---|
ing. Usha Vance | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum adı | Usha Bala Chilukuri |
Doğum tarixi | 6 yanvar 1986[1] (39 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | vəkil |
Həyat yoldaşı |
|
Uşağı | 3[3] |
Dini | hinduizm[4] |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
whitehouse.gov/administr… | |
![]() |
Uşa Vens (ing. Usha Chilukuri Vance; 6 yanvar 1986[1], San-Dieqo, Kaliforniya) — Amerikalı hüquqşünas, ABŞ-ın 50-ci vitse-prezidenti Ceyms Devid Vensin həyat yoldaşı.[5]
15 iyul 2024-cü ildə ABŞ-ın keçmiş 45-ci prezidenti və Respublikaçılar Partiyasının namizədi Donald Tramp Uşanın əri Ceyms Devid Vensi vitse-prezidentliyə namizəd kimi seçdi. Trampın ABŞ-də prezident seçkilərindəki qələbəsi nəticəsində o, Amerika Birləşmiş Ştatlarının ikinci xanımı kimi xidmət edən ilk hind-amerikalı rəngli qadın oldu.[6]
Həyatı
Uşa Çilukuri Kaliforniyanın San Dieqo şəhərətrafı şəhərində[7] teluqu dilli hind mühacirləri Kriş və Lakşmi Çilukurinin ailəsində anadan olub böyüyüb.[8] Onların hər ikisi professordur.[9][10] Onun valideynləri Hindistanın Andhra Pradeş əyalətində anadan olublar.[11] Uşaqlıq dostları onu "lider" və "kitab qurdu" kimi təsvir edirdilər.[12]
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/45/Vice_President_JD_Vance_is_sworn_in_%2801%29.jpg/250px-Vice_President_JD_Vance_is_sworn_in_%2801%29.jpg)
O, Yel Universitetində oxuyub, buranı əla qiymətlərlə bitirərək tarix üzrə bakalavr dərəcəsi alıb və "Phi Beta Kappa" üzvlüyünə qəbul olub. Daha sonra o, təhsilini İngiltərədəki Kembric Universitetində Qeyts Kembric Təqaüdçüsü kimi davam etdirib və 2010-cu ildə Fəlsəfə Magistr dərəcəsini alıb. 2013-cü ildə o, Yel Hüquq Jurnalının İcraçı İnkişaf Redaktoru vəzifəsində çalışdığı Yel Hüquq Məktəbindən hüquq üzrə PhD elmi dərəcəsi alıb.[13]
Yel Hüquq Məktəbində oxuyarkən, Çilukuri gələcək əri Ceyms Devid Vens ilə tanış oldu və bu münasibət onların professoru Emi Çua tərəfindən təşviq edildi.[14] 2013-cü ildə Çilukuri və Vens Yale Universitetində "ağ Amerikada sosial tənəzzül" mövzusunda müzakirə qrupuna ev sahibliyi etdilər.[15]
2014-cü ildə Çilukuri Birləşmiş Ştatların Demokratlar Partiyasının qeydə alınmış dəstəkçisi idi.[12]
Karyerası
O, 2014-cü ildən 2015-ci ilə qədər o zamankı Kolumbiya dairəsinin hakimi Brett Kavanauqda və 2017-ci ildən 2018-ci ilə qədər ABŞ Ali Məhkəməsinin o vaxtkı Baş hakimi Con Robertsin yanında hüquq katibi vəzifəsində çalışıb.[16] O, 2019-cu ilin may ayında Kolumbiya Vəkillər Kollegiyasına qəbul edilib və 2024-cü ilin iyul ayına qədər "Munger, Tolles & Olson LLP" hüquq firmasında çalışıb.[17]
O, Kembric Geyts Məzunları Assosiasiyasının idarə heyətində xidmət etmiş və Sinsinnati Simfonik Orkestrinin idarə heyətinin katibi olub.[18].
Şəxsi həyatı
Çilukuri və Ceyms Devid Vens 2014-cü ildə Kentukkidə dinlərarası nikah mərasimi ilə evləniblər.[12][19] 2024-cü ilə qədər onların üç övladı, Evan (6 yaş), Vivek (4 yaş) və Mirabelle (2 yaş) anadan olub.[20][21]. O, hinduizmə sitayiş edir, əri isə katolikdir.[19][22]
Mediada
Ərinin həyatından bəhs edən "Hillbilly Elegy" (2020) filmində onu aktrisa Freida Pinto canlandırır.[23]
İstinadlar
- ↑ 1 2 https://www.nytimes.com/2022/11/01/style/usha-jd-vance-ohio.html.
- ↑ 1 2 https://web.archive.org/web/20241216053853/https://www.nytimes.com/2024/07/15/style/usha-vance-jd-vance.html.
- ↑ https://web.archive.org/web/20250119185130/https://people.com/all-about-jd-vance-kids-8678153.
- ↑ https://eu.cincinnati.com/story/news/2025/01/20/what-religion-jd-vance-what-religion-wife-usha-vance/77836260007/.
- ↑ "From Yale to Newsmax, Usha Vance Has Helped J.D. Vance Chart His Path". The New York Times. 2024-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-15.
- ↑ "Meet Indian-Origin Usha Chilukuri Vance, Wife Of Trump's Vice President Pick". NDTV.com (ingilis). 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-16.
- ↑ Sheerin, Jude. "Who is Usha Vance, lawyer and wife of Trump's VP pick?". BBC. 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-16.
- ↑ "Trump VP Mate's wife is Telugu origin Usha Chilukuri". en:Deccan Chronicle (ingilis). 2024-07-16. 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-16.
- ↑ "Dr. Krish Chilukuri". 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-15.
- ↑ "Lakshmi Chilukuri". 2024-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-15.
- ↑ "Who is Usha Chilukuri Vance? Indian-origin wife of Trump's VP pick JD Vance". en:Moneycontrol. 2024-07-16. 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-16.
- ↑ 1 2 3 Bernstein, Joseph. "Who Is Usha Vance, the Wife of J.D. Vance?". The New York Times (ingilis). 2024-07-15. ISSN 0362-4331. 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-15.
- ↑ "Volume 122 Masthead". The Yale Law Journal. The Yale Law Journal. 2012-10. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-15.
- ↑ Lazarus, Lily Mae. "The Second Ladies (and Gentleman) of the RNC". The Daily Beast. 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-15.
- ↑ Bernstein, Joseph. "From Yale to Newsmax, Usha Vance Has Helped J.D. Vance Chart His Path". The New York Times. 2022-11-01. 2024-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-22.
- ↑ Mehrotra, Kriti. "Where Are J.D Vance's Wife and Children Now?". The Cinemaholic. 2024-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-15.
- ↑ Schonfeld, Zach. "JD Vance's wife leaving law firm". The Hill. 2024-07-15. 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-15.
- ↑ Sen, Sumanti. "Who is Usha Chilukuri? Ohio's GOP Senate primary winner JD Vance's wife once clerked for Brett Kavanaugh". MEA WorldWide. 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-15.
- ↑ 1 2 Bhatia, Shireen. "Ohio Senator JD Vance reveals Hindu wife's support for his Christian faith". Christian Today (ingilis). 2024-07-16. 2024-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-15.
- ↑ "Meet JD Vance's Indian American Wife Usha Chilukuri". India West. 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-15.
- ↑ "J.D. Vance's 3 Kids: All About Ewan, Vivek and Mirabel". Peoplemag (ingilis). 2024-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-15.
- ↑ "JD Vance and his wife discuss the potential of being picked for Trump's VP | Fox News Video". Fox News (ingilis). 2024-06-26. 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-15.
- ↑ Caruso, Skyler. "See the Cast of Hillbilly Elegy Side-by-Side with the Real People They Play in the Netflix Drama". People. July 16, 2024. December 26, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 31, 2024.
Xarici keçidlər
- "J.D. Vance" (ingilis). AP News. İstifadə tarixi: 2022-11-21.
- Meet Usha Vance, the new second lady of the United States
- Who Is Usha Vance, the Wife of J.D. Vance?
- Who are JD and Usha Vance? #JDVance #VicePresident #BBCNews