Vaindloo

Vaindloo
est. Vaindloo
Ümumi məlumatlar
Sahəsi 0,062 km²
Uzunluğu
  • 0,6 km
Eni 0,2 km
Hündür nöqtəsi 8,5 m
Əhalisi 0 nəfər (2014-cü il)
Yerləşməsi
59°49′02″ şm. e. 26°21′37″ ş. u.
Ölkə  Estoniya
Akvatoriya
Vaindloo xəritədə
Vaindloo
Vaindloo
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vaindloo (est. Vaindloo или est. Vaindloo saar, isv. Stenskär, rus. Стеншер[1][2]) — Fin körfəzində ada. Ada Estoniyaya məxsus olub inzibati baxımdan Lyaene-Virumaa vilayətinin ərazisində yerləşir.

Coğrafiyası

Vaindloo Estoniyanın ən ucqar şimal nöqtəsi hesab olunur[3][4]. Ada Rusiyaya məxsus Kiçik Tyutersa adasından 30 km qərbdə yerləşir. Estoniya sahillərindən ada 25 km, fin sahillərindən isə 50 km uzaqlıqdadır[4].

Ən yüksək nöqtəsii dəniz səviyyəsindən 8,5 metr olan ada tamamilə qaya - rif çıxıntısından ibarətdir. Uzunsov formada olan adanın uzunluğu 512 metr, eni isə — 149 metrdir[4]. Adanın ümumi sahəsi 0,062 km²-dir[5].

Vaindloo adasında dairəvi ağ mayak yerləşir. Hündürlüyü 17 metr olan mayak çuqundan qurulub. Hər 15 saniyədən mayak qırımızı və ağ rəngli işıq verir. İşığın rəngi istiqamətdən asılı olaraq dəyişir[3]. Mayak uzaqdan idarə olunur və günəş enerjisi ilə qidalanır[4]. Mayakın yaxınlığında hündürlüyü 50 metr olan radar qülləsi var. Qüllədən eston sərhədçiləri istifadə edir. Radar qülləsinə xidmət edənlər üçün xüsusi bina mövcuddur. Ada ziyarət üçün bağlıdır[3].

Fauna və flora baxımdan ada kasıbdır. Adi susüpürənqütb susüpürən quşları adanın əsas fauna nümayəndələridir. Çoxalma mövsümində hər iki növün sayı 150 cütə çatır[6]. Həmçinin qütb bayquşu, iri arıquşu, buynuzlu toraqay, alaçöhrə, adi vələmirquşu və s. quşlara da rast gəlinir.

Tarixi

Adadaki ilk mayak 1718-ci ildə isveçlilər tərəfindən inşa edilmişdir. 1721-ci ildən ada İsveçdən Rusiya tabeliyinə keçdi[7]. 1788-ci ildə adanın şimalında rus və isveçin hərbi dəniz qüvvələri arasında döyüş baş vermişdir[8].

İstinadlar