Valkaneş

Valkaneş
Valkaneş
Vulcănești
Gerb
Gerb
45°41′03″ şm. e. 28°24′10″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
İlk məlumat 12 aprel 1605[1]
Əhalisi
Əhalisi
  • 12.185 nəf. (2014)[2]
Rəqəmsal identifikatorlar
Poçt indeksi MD-5301
Nəqliyyat kodu GE
Digər
vulcanestimd.com
Xəritəni göstər/gizlə
Valkaneş xəritədə
Valkaneş
Valkaneş
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Valkaneş (mold. Vulcănești, Вулкэнешть, qaq. Valkaneş) — Moldovada Kaqul çayı üzərində yerləşən, Qaqauziyaya aid bir şəhər.

1940-cı ilin noyabrında Valkaneş bir rayon mərkəzinə çevrilir. 1965-ci ildə kənd şəhər tipli qəsəbə, 1995-ci ildən isə şəhər statusu almışdır. 23 dekabr 1993-cü ildə Vulkaneş şəhəri Qaqauziyanın Muxtar Ərazi Birliyinin bir hissəsinə çevrilir.

Coğrafiyası

Valkaneş Moldovanın paytaxtından 180 km, Ukrayna sərhədindən 7 km və Rumıniya sərhəddindən 35 km məsafədə yerləşən, 15.26 km² bir əraziyə sahib şəhərdir.

Əhalisi

2004-cü il siyahıyaalınmasına əsasən, Valkaneşin əhalisi 15 462 nəfərdir: 47,69% kişilər, 52.31% qadınlardır. 2014-cü il siyahıya alınmasına görə isə şəhəedə 12 185 [3] nəfər yaşayırdı.

Etnik tərkibi: 70.25% - qaqauzlar, 11.31% - moldaviyalılar, 7.67% - ruslar, 5.46% - ukraynalılar, 4.13% - bolqarlar, 0.08% - qaraçılar, 0.01% - yəhudilər, 1,06% digər millətlərin nümayəndələridir almanlar, yunanlar, serblər, belaruslar, albanlar, azərbaycanlılar və s.). Qaqauz Yeri Konstitutsiyasına görə muxtariyyətdə üç dövlət dili vardır: moldav, qaqauzrus.

Tarixi

Şəhər haqqında ilk məlumatlar XIII əsrin sonlarında qeyd edilmişdir. Şəhərin adının "Balkanların surəti" mənasını verən bir versiyası vardır. 1574-cü ilə təsadüf edən Moldav xalqının tarixindəki əlamətdar hadisələrdən biri də Valkaneş ilə bağlıdır. Həmin il Moldaviya Knyazlığının başçısı İoann Voda Luti Osmanlıların boyunduruğundan qurtruqlmaq cəhdini. edir. Kaqul gölü yaxınlığında kazaklar tərəfindən dəstəklənən knyaz qoşunlar və türk-tatar qoşunları arasında bir döyüş baş verir. Bir-birinin ardınca hücumlarıdəf edilir. Güclü yağış səbəbindən artilleriya atışları uğursuz olur. Müdafiəçilər qala düşərgəsinə geri çəkilməli olurlar. Lakin su, yemək və sursat çatışmazlığına baxmayaraq, moldaviyalılar və kazaklar düşmənə qarşı cəsarətlə vuruşmağa davam edirlər. İoann Voda əsgərlərinin canlarını və azadlıqlarını qurtaracağını və özününsə limana təslim ediləcəyini vəd aldıqdan sonra təslim olmağa qərar verir. Lakin Osmanlılar sözlərini tutmadılar və hökmdarı məkrli şəkildə öldürdülər. İoann Vodanın başını kəsdi, bədəni dörd dəvəyə bağlandılar və nəşini parçalandılar. Bundan sonra uzun illər boyu bu bölgə Osmanlı boyunduruğu altında qalmağa davam etdi.

1812-ci ildə Buxarest sülh müqaviləsinə görə Bessarabiyanın tərkibindəki Valkaneş kəndi Rusiya İmperiyasının tərkibinə daxil oldu. 1917-ci ildə Besarabiya Sovet Respublikası dağıldıqdan sonra, Moldova Demokratik Respublikasının yaranması elan edilir.

1917-ci il oktyabr inqilabından sonra 21 noyabrda Sfatul Tsarii fəaliyyətə başlayır, 2 dekabrda Moldova Demokratik Respublikasının yaradılması elan edilir. 27 mart 1918-ci ildə Sfatul Tsarii, Bessarabiyanın Rumıniyaya qoşulmasına səs verir və Valkaneş də onun bir hissəsi olur.

28 iyun 1940-cı ildə Qırmızı Ordunun hissələri Bessarabiyaya daxil olur. Bundan sonra bölgədə SSRİ tərkibinə daxil olan Moldova Sovet Sosialist Respublikası qurulur.

İnfrastruktur

Şəhərdə dəmir yolu, avtovağzal var.

Tanınmış şəxsləri

Mixail Teodor - Sosialist Əməyi Qəhrəmanı.

H. Raşkulev - Sosialist Əməyi Qəhrəmanı. Şəhərdə adına küçə vardır.

F. Karaqiaur - Sosialist Əməyi Qəhrəmanı

M. Şerban - Sosialist Əməyi Qəhrəmanı

İvan Batişçev - Sosialist Əməyi Qəhrəmanı. Valkaneş süd-pendir fabrikinin keçmiş rəhbəri. Şəhərdə adına küçə vardır

İvan Choban - milyonçu, xeyriyyəçi, "İvan-Corp" spirtli içki istehsalı şirkətinin təsisçisi.

İstinadlar