Varlaam Avanesov

Varlaam Avanesov
Şəxsi məlumatlar
Doğum tarixi 24 mart (5 aprel) 1884 və ya 9 sentyabr 1884(1884-09-09)[1]
Doğum yeri
Vəfat tarixi 16 mart 1930(1930-03-16)[1] (45 yaşında)
Vəfat yeri
Vəfat səbəbi vərəm[1]
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Varlaam Aleksandroviç Avanesov (rus. Варлаам Александрович Аванесов; Suren Karpoviç Martirosyan, rus. Сурен Карпович Мартиросян;[2] 24 mart (5 aprel) 1884 və ya 9 sentyabr 1884[1], Kağızman, Qafqaz diyarı[1]16 mart 1930[1], Moskva[1]) — erməni əsilli sovet dövlət və partiya xadimi. 903-cü ildə Rusiya SDFD-nin üzvü, menşevik, 1914-cü ildən bolşevik.

Həyatı

Varlaam Aleksandroviç Avanesov 24 mart 1884-cu ildə Rusiya imperiyasına bağlı Qarsda anadan olmuşdur. O, 1890-cı illərin axırlarında inqilabi hərəkata qoşulmuş, 1905–1907-ci illər inqilabında iştirak etmişdir. Avanesov 1917-ci ildə Petroqrad HİK-nin üzvü olmuş, 2-ci Ümumrusiya Sovetlər qurultayında URMİK üzvü seçilmişdir. URMİK Rəyasət Heyətinin üzvü və katibi (1917–1919), xalq fəhlə kəndli müfəttişliyi komissarının müavini (1920–1924), xalq xarici ticarət komissarının müavini (1914–1925), Ümumrusiya Fövqəladə Komissiyası kolleksiyasının, SSRİ MİK-nin, AXTŞ Rəyasət Heyətinin üzvü olmuşdur. Partiyanın 7–15-ci qurultaylarına nümayəndə seçilmişdir. Avanesov 16 mart 1930-cu ildə Moskva şəhərində vəfat etmişdir.

İstinadlar

Əlavə ədəbiyyat

  • Аванесов В. Статьи. Доклады. Материалы. — Ереван, 1985.
  • Энциклопедия секретных служб России / Автор-составитель А.И.Колпакиди. — М.: АСТ, Астрель, Транзиткнига, 2004. — С. 418-419. — 800 с. — ISBN 5-17018975-3.
  • В. А. Аванесов // Красная Нива. № 9. 1930. С. 7.

Xarici keçidlər