Vikipediya:Böhtan

Qısa keçid yönləndirmə


Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
  • Səsvermə müddəti: 1 noyabr — 15 noyabr 2023
  • Qüvvədədir: 15 noyabr 2023

Vikipediyanın əsas məqsədlərindən biri, yoxlanıla bilmə standartlarını qorumaqla tam tərəfsiz və qərəzsiz mənbələrə əsaslanaraq, ensiklopedik məzmun yaratmaqdır.[1]

Vikipediyada müəllif tərəfindən yerləşdirilən materialların böhtan xarakterli olmamasına əmin olmaq Vikipediyaya töhfə verən bütün redaktorların məsuliyyətidir.

Böhtan xarakterli məlumatlar aşkar edilərsə, həmin məlumatlar Vikipediya prinsiplərinə əsasən dərhal silinir və səhifə tarixçəsindən gizlədilir. Belə məlumatlar hər hansı bir şəxsin və ya şirkətin nüfuzuna birbaşa xələl gətirə bilər ki, bu da Vikipediya qaydalarına ziddir.

Əlaqə

Vikipediyada hər hansı bir cümlənin və ya sözün böhtan xarakteri daşıdığını düşünürsünüzsə, zəhmət olmasa:

  • info@wikimedia.org e-poçt ünvanına müraciət edin.
  • İnzibatçılara bu barədə məlumat verin.

İstinadlar

  1. Wales, Jimmy. "[WikiEN-l] Zero information is preferred to misleading or false information". lists.wikimedia.org. WikiEN-l. 2006-05-16. 2011-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-17. It should be removed, aggressively, unless it can be sourced. This is true of all information, but it is particularly true of negative information about living persons.