Vikipediya:Həftənin seçilmiş siyahısı

Həftənin seçilmiş siyahısı

Bu ulduz əksər və həmçinin Azərbaycan Vikipediyasında seçilmiş siyahı statusunu bildirir
Bu ulduz əksər və həmçinin Azərbaycan Vikipediyasında seçilmiş siyahı statusunu bildirir

Ana Səhifə, seçilmiş siyahı bölməsinə malikdir. Bu bölmədə hazırda Vikipediyada oxuculara seçilmiş siyahı qismində, mükəmməl formada olan məqalələr yayımlanır.

Siyahının ana səhifəyə çıxarılması üçün o ya seçilmiş siyahı statusunda ya da ayın aktual mövzusuna aid olmalıdır.

Həftənin seçilmiş siyahısı bölməsi idarəçilərdən biri tərəfindən yenilənir. Fikir ayrılığı olan halda məsələ digər idarəçilərin rəyi ilə həll edilir. İstifadəçi hər-hansı bir məqaləni namizəd bölməyə namizəd sürmək istəyirsə idarəçilərə müraciət etməlidir.

Təlimat müvəqqətidir və dəyişə bilər. Daimi təlimat səsvermə ilə qəbul edilənə qədər qüvvədədir. Hər hansı fikir ayrılığı müzakirə ilə həll edilməlidir.


Qısa keçid yönləndirmə

Fəal məzmun:

Seçilmiş məqalə alətləri:

Həmçinin bax

Həftənin seçilmiş siyahısı arxivi

2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2025: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 19 fevral 2025, Çərşənbə (İlin 8. həftəsi); bu an saat 06:09 (UTC)
(yenilə)

Bu həftənin seçilmiş siyahısı

İstanbuldakı sinaqoqların siyahısıBizans imperiyası dövründə şəhərə ilk gələn yəhudilərin dini ehtiyacları üçün qurulan ibadət yerləri. Tarixi sənədlərdəki qeydlərə əsasən, İstanbulda ilk sinaqoq e.ə.318-ci ildə misgərliklə məşğul olan yəhudilərin yaşadığı Halkopratiya məhəlləsində tikilmişdir. Bu sinaqoq II Feodosi dövründə kilsəyə çevrilsə də, hər dövrdə şəhərin müxtəlif yerlərində yerləşən sinaqoqlar fəaliyyətini davam etdirmişdir. 1453-cü ildə İstanbulun türklər tərəfindən fəthindən sonra yəhudilər İstanbulda yaşamağa davam etdilər. Osmanlı imperiyası 1492-ci ildə İspaniyadan sürgün edilən yəhudilərə sığınacaq verdiyi üçün; Osmanlı torpaqlarında yəhudilərin sayı xeyli artdı. Türkiyədə cümhuriyyət elan edildikdən sonra ölkənin hər yerindən xeyli sayda yəhudi İstanbula gələrək burada məskunlaşdı.

Hazırda Türkiyədə 20 minə yaxın yəhudi olduğu düşünülür. Onların təxminən 18 mini İstanbulda yaşayır. İstanbuldakı yəhudilərin əksəriyyəti ispanəsilli Səfərad yəhudiləri, 500-ə yaxını isə Aşkenazi yəhudiləridir.

(Davamı...)


Gələn həftənin seçilmiş siyahısı

Azərbaycan Premyer Liqasını qazanan baş məşqçilərin siyahısı — Aşağıda 1992-ci ildən təşkil olunan və Azərbaycan futbol liqası sisteminin ən yüksək divizionu hesab olunan Azərbaycan Premyer Liqasını qazanan baş məşqçilərin siyahısı təqdim edilmişdir.

31 mövsümdə 11 fərqli mütəxəssis çempionluq sevinci yaşayıb. Mütləq rekord 2008-ci ildən "Qarabağ"ı çalışdıran Qurban Qurbanova məxsusdur — 10 dəfə. Onu 5 çempionluqla Ağasəlim Mircavadov izləyir. Kazbek Tuayevin 4, Mehman AllahverdiyevBöyükağa Hacıyevin 3 qızıl medalı var. Əhməd Ələsgərov, Valentin Xodukin, Qyoko Hacıyevski, Kaxaber Tsxadadze, Arif ƏsədovSamir Abasov bir dəfə belə uğura imza atıb.

Ağasəlim Mircavadov 4 fərqli komandanı çempion edə bilmiş yeganə məşqçidir. O, 1993 mövsümündə "Qarabağ"ı, 1999-002000-01 mövsümlərində "Şəmkir"i, 2004-05 mövsümündə "Neftçi"ni, 2006-07 mövsümündə isə "Xəzər Lənkəran"ı çempionluğa daşıyıb. Kazbek Tuayev və Böyükağa Hacıyev bu uğura 2 fərqli komanda ilə nail olublar.

(Davamı...)