Viktor Lindelöf

Viktor Lindelöf
isv. Victor Lindelöf
Ümumi məlumatlar
Tam adı Viktor Yörgen Nilson Lindelöf[1]
Ləqəbi Buz adam (ing. Iceman)[2][3]
Doğum tarixi (29 yaş)
Doğum yeri Vesteros, İsveç
Vətəndaşlığı İsveç İsveç
Boyu 187
Çəkisi 81 kq
Mövqeyi Müdafiəçi
Əsas ayağı Sağ
Klub haqqında məlumat
Klub İngiltərə Mançester Yunayted
Nömrəsi 2
Karyerası
Klub karyerası[* 1]
2009–2012 İsveç Vesteros 41 (0)
2012–2015 Portuqaliya Benfika B 96 (4)
2013–2017 Portuqaliya Benfika 48 (2)
2017– İngiltərə Mançester Yunayted 6 (0)
Milli yığma[* 2]
2010–2011 İsveç U17 5 (0)
2012–2013 İsveç U19 17 (0)
2014–2015 İsveç U21 13 (0)
2016– İsveç 18 (1)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 2 dekabr 2017 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 14 noyabr 2017 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Viktor Yörgen Nilson Lindelöf (17 iyul 1994[4], Vesteros) İngiltərə Premyer Liqasının Mançester Yunayted klubunda və İsveç milli yığmasının heyətində müdafiəçi mövqeyində çıxış edən isveçli futbolçu. Əsas mövqeyinin mərkəz müdafiəçisi olmasına baxmayaraq, sağ cinah müdafiəçisi mövqeyində də çıxış edə bilir.[5]

Klub karyerası

İlk illəri

Lindelöf gənc yaşlarında Vesteros şəhərində yerləşən İK Franke, Vesteros İK və Vesteros SK kimi klublarda çıxış etmişdir.[6]

Vesteros SK

2010-cu ilin sentyabrında Lindelöfün hələ 16 yaşı olarkən o, Vesteros klubunun heyətinin debüt oyununa çıxmışdır.[7] Elə həmin mövsüm o, İsveç liqa sistemində daha yüksək səviyyə hesab olunan ikinci liqaya yüksəlməkdə komandasına kömək etmişdir.[8]

Benfika

Lindelöf 1 dekabr 2011-ci ildə Portuqaliya təmsilçisi Benfika klubu ilə müqavilə imzalamışdır. 8 iyun 2015-ci ildə imzalanan yeni müqavilə sayəsində klubla olan müqavilə 2020-ci ilə qədər uzadılmışdır.[9] 2012–13 mövsümündə gənclərdən ibarət komandanın heyətində Portuqaliya U19 çempionatının qalibi olmuşdur. 19 oktyabr 2013-cü ildə əsas komandanın heyətində ilk oyununa çıxmışdır. 2013–14 mövsümündə ehtiyat komandanın tərkibində 33 oyunda meydana çıxmış və 2 qolla yadda qalmışdır.[10] 2015–16 mövsümündə yenidən əsas heyətə qayıtmağı bacarmışdır. O, 16 fevral 2016-cı ildə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Zenit Sankt-Peterburq klubuna qarşı matçda əsas heyətdə iştirak etmiş və vacib qələbənin qazanılmasında kluba kömək etmişdir.[11] Bundan dörd gün sonra Portuqaliya çempionatında Pakuş de Ferreyra klubu ilə qarşılaşmada Benfikanın əsas heyətində ilk qolunu vurmağı bacarmışdır. Həmin oyunda Benfika rəqibini 3-1 hesabı ilə məğlub etmişdir.[12]

Mançester Yunayted

10 iyun 2017-ci il tarixində Mançester Yunayted Benfikaya 35 milyon avro (10 milyon avro potensial artırma şərti ilə) ödəyərək Viktor Lindelöfü heyətinə qatdığını açıqlamışdır.[13] Lindelöf 14 iyunda Trafford Təlim Mərkəzində tibbi müayinədən keçdikdən sonra klubla bir il artırma şərti ilə dörd illik müqavilə imzalamışdır. Mançester Yunayted müqavilənin 1 iyul tarixindən etibarən qüvvəyə mindiyini açıqlamışdır.[14]

O, rəsmi qarşılaşmalarda ilk oyununa UEFA Superkuboku çərçivəsində Real Madridə qarşı matçda çıxmışdır. Lakin, Premyer Liqada debüt oyununa çıxmaq üçün iki ay gözləməli olmuş, yalnız 14 oktyabrda Liverpula qarşı oyunda meydana çıxma şansı qazanmışdır.[15]

Həmçinin bax

İstinadlar

  1. "Squads for 2017/18 Premier League confirmed". Premier League. 1 sentyabr 2017. 2021-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2017.
  2. "Hélder: «Lindelöf é o homem de gelo»" (portuqal). Record.pt. 8 fevral 2016.
  3. "Victor Lindelof scouting report: Manchester United close in on £35m 'Iceman' defender from Benfica" (ingilis). Daily Mail. 2 iyun 2017. 2017-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-09.
  4. Victor Lindelöf // Transfermarkt (çd.). 2000.
  5. Gholam, Simeon. "Who is Victor Lindelof? Manchester United's new signing assessed". Sky Sports. 15 iyun 2017. 2022-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2017.
  6. "Victor Nilsson Lindelöf vann årets back" [Victor Nilsson Lindelöf won defender of the year] (Swedish). IK Franke. 22 noyabr 2016. 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2017.
  7. "VSK Fotboll klipper till med en ny back". VSK Fotboll. 12 sentyabr 2010. 2016-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-09.
  8. "VSK FOTBOLL TILL SUPERETTAN!". VSK Fotboll. 17 oktyabr 2010. 2016-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-09.
  9. "Victor Lindelöf renova contrato" [Victor Lindelöf renews contract] (Portuguese). S.L. Benfica. 8 iyun 2015. 2015-06-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2017.
  10. "Lindelöf preparado para travar Bernardo Silva" [Lindelöf prepared to stop Bernardo Silva] (Portuguese). UEFA. 23 iyun 2015. 2015-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2017.
  11. "Jonas strikes late to earn Benfica narrow win". UEFA.com. 16 fevral 2016. 2016-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2017.
  12. "Benfica: Lindelof celebra primeiro golo pela equipa principal". Maisfutebol (Portuguese). 20 fevral 2016. 2016-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2017.
  13. "Reds agree transfer for Victor Lindelof". ManUtd.com. Manchester United. 10 iyun 2017. 2017-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2017.
  14. "UNITED COMPLETE SIGNING OF VICTOR LINDELOF". ManUtd.com. Manchester United. 14 iyun 2017. 2017-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2017.
  15. "Manchester United manager Jose Mourinho slammed by Rio Ferdinand for bringing Victor Lindelof on in the 92nd minute against Liverpool". Metro. 14 oktyabr 2017. 2020-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2017.

Xarici keçidlər