Xınıslı
Xınıslı | |
---|---|
40°19′37″ şm. e. 48°17′09″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 7 m |
Saat qurşağı | |
Xınıslı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Xınıslı kəndi Karrar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Karrar qəsəbəsi mərkəz olmaqla, Karrar qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Toponimikası
Yaşayış məntəqəsi XVI əsrdə qızılbaşların tərkibində adı çəkilən xınıslı (xunuslu) tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Mənbələrdə Xınıslı XIX əsrin ortalarında Girdimançay ətrafında yaşamış 19 tüstüdən ibarət köç kimi qeyd olunur. Şamaxı rayonunda Böyük Xınıslı və Dərə Xınıslı kəndləri qeydə alınmışdır. Ərazidə eyniadlı çay da var.[2]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 734 nəfər əhali yaşayır.[3]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İstinadlar
- ↑ "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
- ↑ Xınıslı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629