Xlorsulfon turşusu
Xlorsulfon turşusu | |
---|---|
Ümumi | |
Sistematik adı | Xlorsulfon turşusu |
Kimyəvi formulu | HSO3Cl |
Molyar kütlə | 116.52 q/ mol q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 1,77 (18 °C) q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | -80.5 °S |
Qaynama nöqtəsi | 151 °S |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 7790-94-5 |
PubChem | 24638 |
RTECS | FX5730000 |
BMT nömrəsi | 1754 |
ChemSpider | 23040 |
Xlorsulfon turşusu(ClSO3H)−sulfat turşusunun monoxloran-hidrididir. Kəskin iyli, ağır və havada tüstülənən mayedir.
Alınması
Hidrogen xloridlə kükürd trioksidinin qarşılıqlı təsirindən alınır:
- HCl + SO3→ ClSO3H
Və ya qatı sulfat turşusuna fosfor-pentaxlorid ilə təsir etməklə də almaq olar:
- H2SO4 +PCl5→ ClSO3H +POCl3+ HCl
Xassələri
Xlorsulfon turşusu duzlar əmələ gətirmir. Su ilə qarşılıqlı təsirdə olaraq xlorsulfon turşusu hidrolizə uğrayır :
- ClSO3H + H2O → H2SO4+ HCl
Xlorsulfon turşusu güclü sulfolaşdırıcı reagentdir. Aromatik birləşmələrnən sulfolaşma 2 mərhələdə gedir və sulfoxloridlər alınır:
- ArH+ ClSO3H ↔ ArSO3H +HCl
- ArSO3H + ClSO3H ↔ ArSO2Cl + H2SO4
Spirtlərin xlorsulfon turşusu ilə sulfatlaşdırılması prosesi otaq temperaturunda böyük sürətlə gedir:
- ClSO3H+ROH → HCl+ ROSO2OH
Tətbiqi
Boya, yuyucu, dərman maddələrinin alınmasında və üzvi sintezdə istifadə edilir.
Təhlükəsizliyi
İnsan orqanizminə təsir etmə dərəcəsinə görə ikinci təhlükəli sinfə aid edilir, təhlükəli maddələr sırasına daxildir. Zəhərləyici və boğucu təsirə malikdir. Polad qablarda saxlayır və daşıyırlar.
Mənbə
- Ə. B. Əliyev. Qeyri-üzvi kimya. Bakı 2007.s 191.
- Реми Г. "Курс неорганической химии" М.: Иностранная литература, 1963