Xuan Dias de Solis

Xuan Dias de Solis (isp. Juan Díaz de Solís) (1470, Lebrixa, Sevilya – 20 yanvar 1516), ispan kəşfiyyatçı. İspanya Kralının yanında dənizci olaraq Visente Yanes Pinson ilə birlikdə 1508-də Braziliya səfərlərini istiqamətləndirdi. 1512-də Ameriqo Vespuççinin ölümündən sonra baş bələdçi oldu.[1] Yeni qitənin cənubuna səfər edən Solis 8 oktyabr 1515-də 3 gəmi və 70 nəfərlik ekipajıyla İspanyadakı Sanlukar-de-Barramedadan ayrıldı. Braziliya sahillərinə keçərək La Platanın şərq sahilinə çatdı. Solis və ekipajı koloniya qurmaq üçün biraz irəlilədilər, ancaq 1516-da Uruqvayda yerlilərin hücumuna məruz qalıb öldürüldülər.

İstinadlar

  1. Hall, Elial F.: "Americus Vespucius", Journal of the American Geographical Society of New York, Vol. 24. (1892), page 376. Americus Vespucius on JSTOR