Yapon birgözü
Yapon birgözü | |
---|---|
Elmi təsnifat | |
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Oleeae Yarımtriba: Ligustrinae Cins: Növ: Yapon birgözü |
|
Beynəlxalq elmi adı | |
Yapon birgözü (lat. Ligustrum japonicum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü.
Təbii yayılması
Vətəni Yaponiya, Koreya və Çindir.
Botaniki təsviri
Hündürlüyü 3–5 m olan həmişəyaşıl koldur. Yarpaqları 5-10 sm uzunluqda olub, üzbəüz düzülüşlü, dərili, enli yumurtavari və küt ucludur. Çiçəkləri ağ rəngdə olub, ətirli və süpürgəvari çiçək qrupuna yığılmışdır. Çiçək oxunun uzunluğu 5-15 sm-ə çatır. Çiçəkləməsi may ayında müşahidə edilir. Meyvələrin diametri 5–6 mm olan, qara rəngli, zəhərli giləmeyvədir. Toxumları oktyabr ayında tam yetişir və yetişmiş toxumları uzun müddət bitkinin üzərində qalır. Toxum və qələmlə asanlıqla çoxaldılır.
Ekologiyası
Quraqlığa və şaxtaya davamlıdır. Zərərvericilərlə az yoluxur. Bitkini budamaqla müxtəlif forma vermək olar.
Azərbaycanda yayılması
Bakı, Gəncədə və s. rayonlarda park və bağlarda rast gəlinir.
İstifadəsi
Azərbaycanın bütün bölgələrində bu bitkidən yaşıllaşdırma məqsədilə istifadə edilir.