Yeni Əyricə
Yeni Əyricə | |
---|---|
40°25′32″ şm. e. 47°14′40″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Rayon | Bərdə rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Yeni Əyricə (tarixi adı: İbrahimbəyli) — Azərbaycan Respublikasının Bərdə rayonunun Yeni Əyricə kənd inzibati ərazi dairəsində kənd.[1]
Tarixi
Kəndin əvvəlki adı İbrahimbəylidir. Qədim yaşayış məskənidir. Əyricə bəyləri Cavanşir tayfasının Qalabəyi tirəsindən olublar.
- Qalabəyov Təhməz bəy İbrahim bəy oğlu
- Qalabəyov Həsən bəy İbrahim bəy oğlu
- Qalabəyov Firudin bəy Təhməz bəy oğlu
- Qalabəyov Rəhim bəy Təhməz bəy oğlu
- Qalabəyov Hüseyn bəy Təhməz bəy oğlu
- Qalabəyov Alı bəy Həsən bəy oğlu
- Qalabəyov Calal bəy Həsən bəy oğlu
Coğrafiyası və iqlimi
Qarabağ düzündə, Kür çayının sağ sahilində yerləşir. Tərtər çayı kəndi 2 hissəyə bölür. Kəndin qərbindən Yuxarı Qarabağ kanalı keçir. İqlimi mülayimdir, yanvar ayının orta temperaturu 10 C, iyun ayınınkı isə 32 C-dir.
Əhalisi
Təqribən 3000-ə yaxın insan yaşayır. Bundan əlavə Ağdam, Laçın, Kəlbəcər, Ağdərə rayonlarından məcburi köçkünlər də məskunlaşmışdır. 1988-ci ildə Özbəkistandan deportasiya olunan məshəti türklərinin bir qismi də bu kənddə yerləşdirilmişdir.
Kəndin yerli əhalisi Ağdamın Xıdırlı və Qiyaslı kəndindən köçənlərdir. Bundan əlavə ötən əsrin 50-ci illərində Mingəçevir SES-in tikilməsi ilə əlaqədar Samux rayonundan köçmüş insanlar da məskunlaşmışdır.
Təhsilin vəziyyəti
Kənddə Binədar Əjdər oğlu adına orta məktəb fəaliyyət göstərir.
İstinadlar
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.