Zabumafu (film)
Zabumafu | |
---|---|
ing. Zoboomafoo | |
İcraçı prodüserlər |
Leo Eaton Peter Moss (2000-2001) Chris Kratt Martin Kratt |
Baş rollarda |
Gord Robertson (Zabunun səsi) |
Bəstəkar | Pure West |
Distribütor | WildBrain[d] |
Kanal | PBS Kids |
Müddət | 26 dəq. |
Ölkə | Amerika Birləşmiş Ştatları |
Dil | ingilis dili |
IMDb | ID0190211 |
Zabumafu (ing. Zoboomafoo) — Amerikada yayınlanmış uşaqlar üçün sənədli filmdir. Proqram 25 yanvar 1999-cu il ilə 28 aprel 2001-ci il arasında yayımlanmışdır. Cəmi 2 sezon 65 seriyası var. Programı Kris Kratt ve Martin Kratt təqdim edir. Proqramda bir dənə Zabumafu (qısaca Zabu) adında bir sifaka lemuru da yer almaqdadır.
Quruluş
Hər bölüm təbiətin qanunlarının dəyişdiyi və Kratt qardaşların vəhşi heyvanları ziyarət etmək və onlarla oynamaq üçün gəldiyi Heyvan Görüşmə Mərkəzi deyilən yerdə başlıyır. Heyvan Görüşmə Mərkəzinə gəldiklərində Kratt qardaşlar pəncərəyə yanaşır ve Zabumafunu çağırır. Zabumafu Heyvan Görüşmə Mərkəzinə gələndə ona manqo dilimi, noxud, şirin kartof kimi yeməklər verirlər və Zabumafu bunları yedikdən və ZABUMAFU deyə bağırdıqdan sonra həqiqi bir lemurdan kukla bir lemura çevrilir. Arxa plandakı bir musiqi ilə gələn "Bu kim ola bilər?" hissəsində Zabu gördüyü bir heyvanı təsvir edir ve Kratt qardaşlar bu heyvanın hansı olduğunu tapmağa çalışırlar. Proqram boyunca Kratt qardaşlar bəzi heyvanların bəlli bir xüsusiyyəti haqqında danışırlar ve o heyvanlar Heyvan Görüşmə Mərkəzində qalırlar. Proqramda Zabu arada Zabulanddə başına gələn bir hadisəni danışır. Proqramın bitməsinə yaxın Kratt qardaşlar Heyvan Görüşmə Mərkəzidən ayrılırlar və o günkü heyvanları daha yaxşı tanıda bilmək üçün Hindistan, Afrika kimi yerlərə gedər və orada seriyaya uyğun heyvanı tapıb tanıdarlar. Program Animal Friends Song (Heyvan dostları mahnısı) ve Kratt qardaşlarla Zabumafunun "bir heyvanı özünüzə dost eləyin" deməsi ilə bitər .
Seriyalar
Sezon | Seriyalar | Orjinal yayım vaxtı | ||
---|---|---|---|---|
Sezonun başlanğıcı | Sezonun sonu | |||
1 | 40 | 25 yanvar 1999 | 19 may 2000 | |
2 | 25 | 1 yanvar 2001 | 28 aprel 2001 |
Təltiflər
Zabumafu 2001-ci ildə uşaq seriallarındakı yaxşı rejissorluğuna görə Emmi mükafatı aldı[1] və 2001-ci ilin yazında Valideynlərin seçimi və 2001-ci ilin payızında Gümüş Şərəf mükafatlarını qazandı.[2][3]
İstinadlar
- ↑ Williams, Donna. "PBS Wins Two More Daytime Emmys at Televised Ceremony". PBS News Archive. New York, NY. May 21, 2001. February 14, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 17, 2013.
- ↑ Fries, Laura. "Zoboomafoo". Parents' Choice Awards: Television. Parents' Choice. February 4, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 17, 2013.
- ↑ "Zoboomafoo". Parents' Choice Awards: Television. Parents' Choice. February 14, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 17, 2013.
Xarici keçidlər
- Zabumafu — Internet Movie Database saytında.
- Zabumafu tv.comda Arxivləşdirilib 2015-06-23 at the Wayback Machine