Çinaryarpaq ağcaqayın

Çinaryarpaq ağcaqayın
Elmi təsnifat
Beynəlxalq elmi adı

Çinaryarpaq ağcaqayın (lat. Acer pseudoplatanus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü.

Arealı

Rusiya, Qərbi Avropa, İspaniya, Şimali Portuqaliya, Balkan ölkələri, Kiçik Asiya, Türkiyə, Ukrayna, Moldova və Baltikayanı ölkələrdə arealı vardır.

Botaniki xarakteristikası

Hündürlüyü 30–35 m-ə, gövdəsinin diametri 1,5 m-ə çatan iri, sıx piramidaşəkilli çətirə malik ağacdır. Cavan budaqları çılpaq qonur-boz rəngli dairəvi xallarla örtülmüşdür. Tumurcuqları yumurtavari, iti uclu, sarımtıl-yaşıl rəngdədir. Yarpaqcıqları 8–17 sm uzunluqda və enində olub, iri, 5 dilimlidir. Yarpaq qaidəsindən dərin ürəkvari və ya kəsimlidir. Üstdən tünd-yaşıl, altdan ağımtıl və ya göyümtül rəngdədir, cavan vaxtı alt tərəfdən tükcüklərlə örtülü olur. Yarpaqların saplağı 7–20 sm uzunluqdadır. Çiçəkləri xırda, sarımtıl-yaşıl rəngdə, 5–16 sm uzunluqda çoxçiçəkli salxımlara toplanmışdır. Çiçək saplağı tükcüklərlə örtülmüşdür, çiçəkyanlığı xırda, töküləndir. Qanadlı meyvələri iti, bəzən küt bucaq altında ayrılmış olub, 6 sm uzunluqdadır. Meyvələri yetişdikdə qonur rəngdə olur və qaidəyə doğru qanadlar ensizləşir, yuxarıdan isə dairəvi şəkillidir. Meyvələri bəzən şiş, çılpaq və seyrək tükcüklərlə örtülü vəziyyətdə olur. Aprel-iyun aylarında çiçəkləyir, avqustda meyvəsi yetişir.

Ekologiyası

Orta dağ qurşağına qədər olan ərazilərdə nəm və rütubətli təbii fıstıq, şabalıd və vələs meşələrində təsadüf edilir.

Azərbaycanda yayılması

Qərbi Böyük Qafqazda rast gəlinir, Azərbaycanın nadir bitkisidir.

İstifadəsi

Dekorativ bitki kimi yol kənarlarında, tək əkinlərdə becərilir. Gövdəsindən mebel, musiqi alətləri, döşəmə və s.

İstinadlar

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1054.

Sinonimləri

Homotipik sinonimləri

  • Acer majus Ray ex Gray

Heterotipik sinonimləri

  • Acer abchasicum Rupr.
  • Acer atropurpureum Dippel
  • Acer bohemicum C.Presl ex Opiz.
  • Acer dittrichii Ortmann
  • Acer erythrocarpum Dippel
  • Acer euchlorum Dippel
  • Acer fieberi Opiz
  • Acer leopoldii (Van Geert) Van Geert
  • Acer majus var. glaucum Gray
  • Acer melliodorum Opiz
  • Acer montanum Garsault
  • Acer opalus var. villosum (C.Presl) Steud.
  • Acer opizii Ortmann
  • Acer opulifolium Thuill.
  • Acer procerum Salisb.
  • Acer pseudoplatanus var. acuminatum Tausch
  • Acer pseudoplatanus f. albertsii Schwer.
  • Acer pseudoplatanus f. albomarmoratum Pax
  • Acer pseudoplatanus f. albovariegatum (Hayne) Schwer.
  • Acer pseudoplatanus var. albovariegatum Hayne
  • Acer pseudoplatanus f. annae Schwer.
  • Acer pseudoplatanus var. anomalum Schwer.
  • Acer pseudoplatanus subvar. argenteum Schwer.
  • Acer pseudoplatanus f. argutum Schwer.
  • Acer pseudoplatanus f. atropurpureum (Späth) Schwer.
  • Acer pseudoplatanus atropurpureum Späth
  • Acer pseudoplatanus f. aucubifolium Schwer.
  • Acer pseudoplatanus subvar. auratum Schwer.
  • Acer pseudoplatanus var. aureovariegatum Jacques
  • Acer pseudoplatanus f. aureovariegatum (Jacques) Schwer.
  • Acer pseudoplatanus f. bicolor Schwer.
  • Acer pseudoplatanus f. brevialatum Schwer.
  • Acer pseudoplatanus var. camboi Sennen
  • Acer pseudoplatanus var. camboi Sennen
  • Acer pseudoplatanus f. clausum Schwer.
  • Acer pseudoplatanus var. coloratum Pax
  • Acer pseudoplatanus var. complicatum H.Mort.
  • Acer pseudoplatanus f. complicatum (H.Mort.) Schwer.
  • Acer pseudoplatanus f. concavum Schwer.
  • Acer pseudoplatanus f. costorphinense Schwer.
  • Acer pseudoplatanus var. crispum Schwer.
  • Acer pseudoplatanus f. cruciatum Schwer.
  • Acer pseudoplatanus f. cupreum Schwer.
  • Acer pseudoplatanus var. davuricum Roth
  • Acer pseudoplatanus f. discolor Schwer.
  • Acer pseudoplatanus f. distans Rikli
  • Acer pseudoplatanus f. dittrichii (Ortmann) Schwer.
  • Acer pseudoplatanus var. dittrichii (Ortmann) Čelak.
  • Acer pseudoplatanus var. dodei Sennen
  • Acer pseudoplatanus f. erythrocarpum (Carrière) Schwer.
  • Acer pseudoplatanus var. erythrocarpum Carrière
  • Acer pseudoplatanus f. euchlorum (Späth) Schwer.
  • Acer pseudoplatanus euchlorum Späth
  • Acer pseudoplatanus var. fieberi Pax
  • Acer pseudoplatanus f. flavescens Schwer.
  • Acer pseudoplatanus var. flavovariegatum Hayne
  • Acer pseudoplatanus f. flavovariegatum (Hayne) Rehder
  • Acer pseudoplatanus f. grandicorne Borbás
  • Acer pseudoplatanus f. handjeryi Schwer.
  • Acer pseudoplatanus var. handjeryi (Schwer.) Späth ex Rehder
  • Acer pseudoplatanus f. heterophyllum Schwer.
  • Acer pseudoplatanus var. insigne Späth
  • Acer pseudoplatanus f. insigne (Späth) Schwer.
  • Acer pseudoplatanus f. jaspideum Lavallée ex Schwer.
  • Acer pseudoplatanus var. laciniatum G.Sinclair
  • Acer pseudoplatanus f. laetum Schwer.
  • Acer pseudoplatanus var. latialatum Pax
  • Acer pseudoplatanus f. latialatum (Pax) Pax
  • Acer pseudoplatanus f. latifolium Schwer.
  • Acer pseudoplatanus f. laxum Schwer.
  • Acer pseudoplatanus var. leopoldii Van Geert
  • Acer pseudoplatanus f. leopoldii (Van Geert) Schwer.
  • Acer pseudoplatanus var. longifolium Loudon
  • Acer pseudoplatanus f. luteoconcavum Schwer.
  • Acer pseudoplatanus f. luteovirescens Schwer.
  • Acer pseudoplatanus f. lutescens Pax
  • Acer pseudoplatanus subvar. lutescens (Pax) Heynh. ex Schwer.
  • Acer pseudoplatanus var. macrocarpum Spach
  • Acer pseudoplatanus var. mariae Sennen
  • Acer pseudoplatanus var. medium Spach
  • Acer pseudoplatanus f. metallicum Schwer.
  • Acer pseudoplatanus var. microcarpum Spach
  • Acer pseudoplatanus var. microcarpum Schwer. & Bornm.
  • Acer pseudoplatanus var. nebrodense Tineo ex Pax
  • Acer pseudoplatanus f. neglectum Schwer.
  • Acer pseudoplatanus f. nervosum Schwer.
  • Acer pseudoplatanus f. nizetii Schwer.
  • Acer pseudoplatanus f. obtusangulatum Borbás
  • Acer pseudoplatanus f. opizii (Ortmann) Schwer.
  • Acer pseudoplatanus f. opulifolium R.Lauche ex Schwer.
  • Acer pseudoplatanus subvar. pallidum Schwer.
  • Acer pseudoplatanus f. palmatifidum Schwer.
  • Acer pseudoplatanus var. pendulum W.H.Baxter
  • Acer pseudoplatanus var. pindicum Maire & Petitm.
  • Acer pseudoplatanus f. pseudonizetii Schwer.
  • Acer pseudoplatanus f. pulverulentum Schwer.
  • Acer pseudoplatanus f. purpurascens (Jacob-Makoy) Pax
  • Acer pseudoplatanus purpurascens Jacob-Makoy
  • Acer pseudoplatanus f. purpureum (Loudon) Rehder
  • Acer pseudoplatanus var. purpureum Loudon
  • Acer pseudoplatanus f. pyramidale G.Nicholson ex Schwer.
  • Acer pseudoplatanus f. quadricolor Schwer.
  • Acer pseudoplatanus var. quinquelobum Schwer.
  • Acer pseudoplatanus f. rubromaculatum Pax
  • Acer pseudoplatanus var. rubropurpureum C.B.Saunders
  • Acer pseudoplatanus subvar. rubrum Schwer.
  • Acer pseudoplatanus f. sanguineum Schwer.
  • Acer pseudoplatanus f. serotinum Schwer.
  • Acer pseudoplatanus f. serratum Schwer.
  • Acer pseudoplatanus f. siculum (Guss.) Borbás
  • Acer pseudoplatanus var. siculum Guss.
  • Acer pseudoplatanus subvar. smaragdinum Schwer.
  • Acer pseudoplatanus f. spaethii Schwer.
  • Acer pseudoplatanus subvar. splendens Schwer.
  • Acer pseudoplatanus var. subintegrilobum Pax
  • Acer pseudoplatanus var. subobtusum DC.
  • Acer pseudoplatanus f. subparallelum Borbás
  • Acer pseudoplatanus var. subtrilobum Schwer.
  • Acer pseudoplatanus var. subtruncatum Pax
  • Acer pseudoplatanus var. ternatum Schwer.
  • Acer pseudoplatanus var. tomentosum Tausch
  • Acer pseudoplatanus var. triangulare Schwer.
  • Acer pseudoplatanus f. tricolor Schwer.
  • Acer pseudoplatanus var. tricuspidatum Schwer. & Bornm.
  • Acer pseudoplatanus f. trilobatum Schwer.
  • Acer pseudoplatanus f. variegatum (Weston) Rehder
  • Acer pseudoplatanus var. variegatum Weston
  • Acer pseudoplatanus var. villosum (J.Presl & C.Presl) Parl.
  • Acer pseudoplatanus subsp. villosum (C.Presl) Pax
  • Acer pseudoplatanus var. vitifolium Tausch
  • Acer pseudoplatanus f. vitifolium (Tausch) Schwer.
  • Acer pseudoplatanus f. worleei Rosenthal ex Schwer.
  • Acer purpureum Dippel
  • Acer quinquelobum Gilib.
  • Acer rafinesquianum Dippel
  • Acer villosum C.Presl
  • Acer wondracekii Opiz
  • Acer worleei Dippel

İstinadlar

Həmçinin bax