İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel
azərb. İDHP
ing. IPCC
ing. Intergovernmental Panel on Climate Change
Loqonun şəkli
Növü Panel
Fəaliyyəti Aktiv
Yaranma tarixi 1988
Mərkəzi Cenevrə, İsveçrə
Qurucusu
Prezident Hoysun Li
ipcc.ch
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel (ing. Intergovernmental Panel on Climate Change)- iqlim dəyişikliyinin qiymətləndirilməsi üzrə beynəlxalq qurumdur. Bu qurum BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və Dünya Meteorologiya Təşkilatı (WMO) tərəfindən iqlim dəyişikliyi və onun potensial ekoloji və sosial-iqtisadi təsirləri haqqında məlumatların mövcud vəziyyəti ilə əlaqədar dünyanı açıq elmi mülahizələrlə təmin etmək üçün yaradılmışdır.[1][2]

İDHP-i hökumətlərarası və elmi bir orqandır. Hal-hazırda BMT-yə və WMO-ya üzv olan 194 ölkə eyni zamanda İDHP-nın üzvüdürlər[3] və bu ölkələr iqlim dəyişikliyi anlayışına uyğun olaraq dünya üzrə ən son elmi, texniki və sosial-iqtisadi məlumatları nəzərdən keçirir və qiymətləndirirlər. İDHP-nin elmi və hökumətlərarası statusuna görə, bu qurum qərar qəbul edən şəxslərə ciddi və balanslı elmi məlumatlar təqdim etmək üçün unikal bir şərait yaradır. Bu səbəbdən Təşkilatın işi müvafiq siyasətlə bağlı olmaqdan savayı, həm neytral siyasətə və həm də təlimatsız siyasətə əsaslanır.[4]

Tanınmış iqlim alimləri və bütün üzv hökumətlər İDHP-nin tapıntılarını dəstəkləyirlər.[5][6] Bu, İDHP-nin iqlim dəyişikliyi istiqamətində mötəbər qurum olduğunu göstərir. Hökumətlər, vətəndaş cəmiyyəti təşkilatları və KİV mütəmadi olaraq qurumun hesabatlarından sitatlar gətirirlər. İDHP-nin hesabatları BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən keçirilən illik iqlim müzakirələrində əsas rol oynayır.[7] İDHP-nin Beşinci Qiymətləndirmə hesabatı 2015-ci ildə imzalanmış Paris sazişinə əsaslı təsir göstərmişdir.[8] İDHP 2007-ci il Nobel Sülh mükafatını iqlim dəyişiklikləri istiqamətindəki töhfələrinə görə Albert Qor ilə bölüşdü.[9]

Altıncı Qiymətləndirmə hesabatı dövründə İDHP üç xüsusi hesabatını açıqladı. İlkin hesabatı 2018-ci ildə 1,5°C-lik Qlobal İstiləşmə üzrə Xüsusi hesabat oldu. 2019-cu ildə İqlim Dəyişikliyi və Quruya dair Xüsusi hesabatı (SRCCL) və Dəyişən İqlimdə Okean və Kriosferə dair Xüsusi hesabatını (SROCC) açıqladı. İDHP həmçinin 2019-cu ildə öz metodolarını da yenilədi. Beləliklə, altıncı qiymətləndirmə dövrü İDHP-nin tarixində ən iddialı dövr oldu.[10]

İDHP hər hansı bir tədqiqat apamır, iqlimə bağlı məlumat və amilləri izləmir. Dünyanın hər bir yerindən minlərlə alim könüllülük əsasında İDHP-in işinə yardım edir.

Yaranması

2018-ci ildə 1,5°C Qlobal İstiləşmə üzrə İDHP-nin Xüsusi hesabatının Xülasəsinin qəbulu

İDHP-nin sələfi olan təşkilat İstixana Qazları üzrə Məsləhət Qrupu (ing. AGGG) idi.[11] İQMQ-nu 1986-cı ildə üç təşkilat yaradıb. Bu təşkilatlar: Beynəlxalq Elmi Birliklər Şurası, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) və Ümumdünya Meteorologiya təşkilatları (WMO) idi. İQMQ istixana qazları ilə bağlı elmi araşdırmalara nəzarət edir, həmçinin istixana qazlarının artımını öyrənir.

ABŞ-nin Ətraf Mühitin Mühafizəsi Agentliyi istixana qazlarının emissiyalarını məhdudlaşdırmaq üçün beynəlxalq konvensiya əldə etməyə çalışırdı. Reyqan Administrasiyası müstəqil elm xadimlərinin həddən çox nüfuz sahibi olacağından narahat idi. Buna görə də UNEPWMO 1988-ci ildə hökumətlərarası orqan kimi İDHP-ni yaratdılar. İDHP bütün aparıcı müvafiq alimlər tərəfindən dəstəklənən hesabatlar hazırlayır. Panelə üzv hökumətlər də, hesabatları konsensus razılaşması ilə təsdiq etməlidirlər. Beləliklə, İDHP həm elmi, həm də hökumətlərin təşkilatıdır. Onun işi hökumətlərə elm adamlarının iqlim dəyişikliyi haqqında bildiklərini çatdırmaqdır.[12][13] Qurum həmçinin iqlim dəyişikliyinin təsirlərini və onunla mübarizə variantlarını araşdırır. İDHP, bu öhdəliyini resenziyalı elmi ədəbiyyatı qiymətləndirməklə edir.[14]

BMT, İDHP-nin yaradılmasını 1988-ci ildə təsdiqlədi. Baş Assambleyanın qətnaməsində insan fəaliyyətinin iqlimə təsir göstərə biləcəyi qeyd edilsə də, bu ağır iqtisadi və sosial nəticələrə səbəb ola bilər. İstixana qazlarının artan konsentrasiyasının planeti istiləşdirə biləcəyini də qeyd olunub ki, bu da dəniz səviyyəsinin qalxmasına səbəb olacaq. Əgər vaxtında tədbirlər görülməsə, kainat üçün ağır nəticələr ola bilər.[15]

Təşkili

İş metodu

Dəstək və mükafatları

Elmi qurumlardan təsdiqlər

İDHP-nin hesabatları iqlimşünaslıq üçün etalondur.[16] Elmi ictimaiyyət tərəfindən İDHP-nin fəaliyyəti geniş dəstəklənir.[17][18] Bunu elmi qurum və ekspertlərin nəşrlərindən də görmək olar, bir çox elmi qurumlar İDHP-nin araşdırmalarının nəticələrini təsdiqləyən rəsmi açıqlamalar da veriblər. Məsələn:

  • 2001-ci ilin Üçüncü Qiymətləndirmə hesabatı Kanada İqlim və Atmosfer Elmləri Fondu[19], Amerika Birləşmiş Ştatlarının Milli Tədqiqat Şurası[20] və Avropa Yer Elmləri İttifaqı tərəfindən təsdiqləndi.[21]
  • 2007-ci ilin Dördüncü Qiymətləndirmə hesabatı Beynəlxalq Elm Şurası[22] və Afrika Elm Akademiyaları Şəbəkəsi tərəfindən təsdiqləndi.[23]

Nobel sülh mükafatı (2017)

2007-ci ilin dekabrında İDHP Nobel Sülh mükafatını "texnogen iqlim dəyişikliyi haqqında daha çox biliklərin yaradılması və yayılması, bu cür dəyişiklikliklərə qarşı mübarizdə lazım olan tədbirlərin əsasının qoyulması itiqamətindəki səylərinə görə" alıb. Qurum mükafatı bu istiqamətlə bağlı "Əlverişsiz həqiqət"[ing.]sənədli filminə görə ABŞ-nin keçmiş vitse-prezidenti Albert Qor la bölüşüb.[24]

Gülbenkiyan Bəşəriyyət mükafatı (2022)

2022-ci ilin oktyabrında İDHP, Gülbenkiyan Bəşəriyyət mükafatını isə Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökumətlərarası Elm-Siyasət Platforması ilə paylaşdı. İki hökumətlərarası qurum mükafatı "elmi biliklərin istehsalı, iqlim dəyişikliyi və biomüxtəlifliyin itirilməsi ilə mübarizədəki" səylərinə görə qazanıblar. [25]

Həmçinin bax

İstinadlar

  1. "About the IPCC". Intergovernmental Panel on Climate Change. 2 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 February 2019.
  2. "A guide to facts and fictions about climate change" (PDF). The Royal Society. March 2005. 3 October 2012 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 November 2009.
  3. "A guide to facts and fiction about climate change". The Royal Society. March 2005. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 July 2007.
  4. "Principles Governing IPCC Work" (PDF). 2019-12-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-02-21.
  5. Sample, Ian. "Scientists offered cash to dispute climate study". Guardian. London. 2 February 2007. İstifadə tarixi: 24 July 2007. Lord Rees of Ludlow, the president of the Royal Society, Britain's most prestigious scientific institute, said: 'The IPCC is the world's leading authority on climate change...'
  6. İstinad xəbərdarlığı: AFP unrivalled authority 2021 adlı <ref> istinad etiketi ya cari bölmədən kənarda müəyyən edildiyinə, ya da ümumiyyətlə müəyyən edilmədiyinə görə göstərilə bilmir.
  7. "What is the UNFCCC?". UNFCCC. 2020-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-30.
  8. Schleussner, Carl-Friedrich; Rogelj, Joeri; Schaeffer, Michiel; Lissner, Tabea; Licker, Rachel; Fischer, Erich M.; Knutti, Reto; Levermann, Anders; Frieler, Katja; Hare, William. "Science and policy characteristics of the Paris Agreement temperature goal" (PDF). Nature Climate Change. 6 (9). 25 July 2016: 827. Bibcode:2016NatCC...6..827S. doi:10.1038/nclimate3096. 5 October 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 September 2024.
  9. "The Nobel Peace Prize 2007". The Nobel Prize. Nobel Prize Outreach. 2020-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-30.
  10. "Decisions adopted by the 43rd Session of the Panel" (PDF). səh. 11 decision 6. 2022-04-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-09-30.
  11. Potter, Thomas D. "Advisory Group on Greenhouse Gases Established Jointly by WMO, UNEP, and ICSU". Environmental Conservation. 13 (4). Winter 1986: 365. Bibcode:1986EnvCo..13..365P. doi:10.1017/S0376892900035505.
  12. Weart, Spencer R. Democracy and Policy Advice (1980s) // The Discovery of Global Warming (Revised and expanded). Cambridge, Mass. 2008. ISBN 978-0-674-41755-7. OCLC 872115457. 9 November 2013 tarixində arxivləşdirilib.
  13. "IPCC Factsheet: What is the IPCC?" (PDF). 2024-07-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-10-02.
  14. Hulme, Mike; Mahony, Martin. "Climate change: What do we know about the IPCC?". Progress in Physical Geography: Earth and Environment (ingilis). 34 (5). October 2010: 705–718. Bibcode:2010PrPG...34..705H. doi:10.1177/0309133310373719. ISSN 0309-1333. 2024-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-02.
  15. İstinad xəbərdarlığı: UNGA resolution endorsing IPCC adlı <ref> istinad etiketi ya cari bölmədən kənarda müəyyən edildiyinə, ya da ümumiyyətlə müəyyən edilmədiyinə görə göstərilə bilmir.
  16. Paglia, Eric; Parker, Charles, Boin, Arjen; Fahy, Lauren A.; 't Hart, Paul (redaktorlar ), "The Intergovernmental Panel on Climate Change: Guardian of Climate Science", Guardians of Public Value (ingilis), Cham: Springer International Publishing, 2021, 295–321, doi:10.1007/978-3-030-51701-4_12, ISBN 978-3-030-51700-7
  17. * "Scientists Send Letter to Congress and Federal Agencies Supporting IPCC". American Geophysical Union. 24 October 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 March 2011.
  18. The Science of Climate Change (PDF), Joint statement by 16 national science academies, London: Royal Society, 17 May 2001, ISBN 978-0854035588, 19 April 2015 tarixində arxivləşdirilib (PDF)
  19. "CFCAS Letter to PM, November 25, 2005" (PDF). 21 August 2010 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 9 August 2019.
  20. Summary // Climate Change Science: An Analysis of Some Key Questions. Washington, D.C.: National Academies Press. 2001. doi:10.17226/10139. ISBN 978-0-309-07574-9. 2024-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-02.
  21. "European Geosciences Union (EGU): Position Statements" (PDF). 10 June 2023 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 1 November 2022.
  22. admin. "ICSU releases statement on the controversy around the 4th IPCC Assessment". International Science Council (ingilis). 2011-01-27. İstifadə tarixi: 2022-11-01.
  23. "Joint statement by the Network of African Science Academies (NASAC)" (PDF). Network of African Science Academies. 2007. 10 September 2008 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 29 March 2008.
  24. "2007 Nobel Peace Prize Laureates". İstifadə tarixi: 11 October 2007.
  25. "2022 Gulbenkian Prize for Humanity distinguishes IPBES and IPCC". 13 October 2022. İstifadə tarixi: 13 October 2022.

Xarici keçidlər

  • ipcc-data.org — Rəsmi saytı of IPCC Data Distribution Centre (Climate data and guidance on its use)