Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı
Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı UN Environment | |
---|---|
ing. United Nations Environment Programme | |
Növü | Proqram |
Yaranma tarixi | 5 iyun, 1972 |
Mərkəzi | Nayrobi, Keniya |
Sədr | Danimarka Inger Andersen |
unenvironment.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (ing. United Nations Environment Programme) — Birləşmiş Millətlər Təşkilatının qurumlarından biri. Ətraf mühitlə bağlı fəaliyyətlərini əlaqələndirir, inkişaf etməkdə olan ölkələrdə ekoloji təmiz siyasət və praktikaların həyata keçirilməsində kömək edir.
Tarixi
BMTƏMP-nın əsası 1972-ci il iyun ayının 5-də Keniyanın Nayrobi şəhərində qoyulmuşdur. Birləşmiş Millətlər Təşkilatının İnsan və Ətraf Mühit Konfransının nəticələrinə əsasən təsis edilmişdir.[1]
İcraçı direktorların siyahısı
# | Şəkil | Ad (Doğum-vəfat tarixi)' |
Milliyyəti | Vəzifəyə başlayıb | Vəzifəsini tərk edib |
---|---|---|---|---|---|
1 | Mauris Stronq[2] (1929–2015) |
Kanada | 1972 | 1975 | |
2 | Mustafa Kamal Tolba (1922–2016) |
Misir | 1975 | 1992 | |
3 | Elizabet Daudesvell (doğum tarixi 1944) |
Kanada | 1992 | 1998 | |
4 | Klaus Töpfer (doğum tarixi 1938) |
Almaniya | 1998 | 2006 | |
5 | Achim Stayner (doğum tarixi 1961) |
Braziliya Almaniya | 2006 | 2016 | |
6 | Erik Solheym (doğum tarixi 1955) |
Norveç | 2016 | 2018 | |
7 | Joyce Msuya (representatively) |
Tanzaniya | 2018 | 2019 | |
8 | Inger Andersen |
Danimarka | 2019 | Hazırkı |
Strukturu
BMTƏMP-nın tərkibinə yeddi əsas bölmə daxildir:
- Erkən Xəbərdarlıq və Qiymətləndirmə / ing. Qlobal Ekoloji Mexanizmi Koordinasiya; DGEF
- Ətraf Mühit Siyasəti Tətbiqi / ing. Environmental Policy Implementation; DEPI
- Texnologiya, Sənaye və İqtisadiyyat / ing. Technology, Industry and Economics; DTIE
- Regional Əməkdaşlıq / ing. Regional Cooperation; DRC
- Ekoloji Hüquq və Konvensiyalar / ing. Environmental Law and Conventions; DELC
- Kommunikasiya və İctimai Məlumatlar / ing. Communications and Public Information; DCPI
- Qlobal Ekoloji Mexanizmi Koordinasiya / ing. Global Environment Facility Coordination; DGEF
Fəaliyyətləri
BMTƏMP-nın əsas fəaliyyətlərinə aşağıdakılar daxildir:[3]
- İqlim dəyişikliyi;
- fəlakətlər və münaqişələr;
- ekosistem idarəçiliyi;
- ekoloji idarəetmə;
- ətraf mühitin nəzərdən keçirilməsi;
- zərərli maddələr;
- resurslardan səmərəsli istifadə.
İstinadlar
- ↑ Gladwinn Hill (October 20, 1975), U.N. Environment Effort: A Start, a Long Way to Go Arxivləşdirilib 2022-06-15 at the Wayback Machine New York Times.
- ↑ Schrijver, Nico. Development Without Destruction: The UN and Global Resource Management. United Nations Intellectual History Project Series. Bloomington, IN: Indiana University Press. 2010. səh. 116. ISBN 978-0-253-22197-1. 2022-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-20.
- ↑ "United Nations Environment Programme". unep.org. November 2011. April 22, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 17, 2011.