Şok
Şok | |
---|---|
| |
XBT-10 | R |
XBT-9 | |
DiseasesDB | 12013 |
MedlinePlus | 000039 |
eMedicine | med/531 |
MeSH | D012769 |
Vikianbarda əlaqəli mediafayllar |
Şok (ing. shock zərbə deməkdir) — orqanizmin fövqaladə xarici qıcığa qarşı həyati vacib üzv və sistemlərin funksiyasını mühafizə etmək üçün vermiş olduğu kəskin kompensator cavab reaksiyası və eyni zamanda nəticə etibarilə sinir, qan dövranı, tənəffüs sistemlərində, maddələr mübadiləsində proqressiv pozğunluqlarla muahidə olunan patoloji proses, həyat üçün təhlükəli bir aldır.[1]
Tarixcə
Şok halı ilk dəfə Hippokrat tərəfindən təsvir edilmişdir. Termin kimi isə şok ifadəsi 1731-ci ildə fransız cərrahı Henri Francosi Le Dran tərəfindən işlədilmişdir. XIX əsrin sonlarından etibarən şokun yaranma mexanizmi — patogenezi haqqında mülahizələr meydana çıxmışdır:
- damarları innervasiya edən sinirlərin iflici;
- vazomator mərkəzin süstləşməsi;
- sinir pozğunluğu;
- toksemiya;
- daxili sekresiya vəzilərinin funksiyalarının pozulması;
- dövr edən qanın miqdarının azalması;
- damar keçiriciliyi pozğunluğu, kapilyar stazı.
Şokun patogenezi
Sel Hansın stress nəzəriyyəsinə əsasən həddən ziyadə qıcıq təsiri orqanizmdə spesifik və qeyri spesifik reaksiyaların inkişafına səbəb olur. Spesifik reaksiyalar qıcığın xarakterindən asılıdır. Qeyri spesifik reaksiyalar qıcığın təsir qüvvəsindən asılıdır. Qeyri spesifik reaksiya ümumi adaptasiya sindromu kimi də adlandırılır. Bu üç mərhələdə cərəyan edir:
- səfərbərlik mərhələsi (həyəcan), ilk zədələnməyə qarşı reaksiya;
- müqavimət mərhələsi, qoruyucu mexanizmlərin həddsiz gərilməsi ilə xarakterizə olunur;
- tükənmə mərhələsi, adaptasiya mexanizmlərin pozulması ilə təzhür edir. Beləliklə Sel Hansa görə şok orqanizmin həddən ziyadə təsirlərə vermiş olduğu "qeyri spesifik cavab reaksiyasıdır". XIX əsrin ortalarında N. İ. Piroqov şokun patogenezində erektil (oyanıqlıq) və torpid (süstlük) fazalarını müəyyən etmişdir.
Təsnifatı
Klinik
Kliniki olaraq şokun dörd ağırlıq dərəcəsi müəyyən olunur:
- I dərəcəli şok: xəstənin vəziyyəti kompensasiyalaşmış, huşu aydın, ünsiyyətlidir, bir qədər ləngdir. sistolik təzyiq 90 və artıq, nəbzi 90–100 vurğudur. xoş proqnoza malikdir.
- II dərəcəli şok: xəstə ləngdir, dəri örtüyü avazımış, ürək tonları karlaşmış, nəbzi tezləşmiş (140 vurğu) və zəif dolğunluqlu, AT 90–80 mm Hg süt., tənəffüsü səthi və tezləşmiş, huşu özündə olur. Proqnozu ciddidir.
- III dərəcəli şok: xəstə süstləşmiş, ləngimiş, laqeyd, ağrıya, qıcığa qarşı reaksiyasızdır, suallara güclə, asta səslə cavab verir, huşu qarışıq ya itmiş olur. Dərisi avazımış, soyuq tərlə örtülmüşdür. Ürək tonları kar, nəbzi sapvari — 130–180 vurğu olur. nəbz ancaq böyük damarlar üzərində əllənə bilinir. AT 70 mm Hg süt. və aşağı, tənəffüsü səthi və tezləşmiş, mərkəzi venoz təzyiq 0 ya mənfi olur. Proqnozu çox ciddidir.
- IV dərəcəli şok: terminal hal sayılır. Ürək tonları eşidilmir, hüşsuzdur, dəri örtüyü bozararaq mərməri bəzən də meyid ləkələrini xatırladır, dodaqlar göyərmiş olur, AT 50 mmHg süt. və aşağı bəzən müəyyən etmək mümkün olmur, tənəffüs səthi və seyrəkdir, qıcolma, bəbəklərin genəlməsi müşahidə olunur. Demək olar ki, bəd proqnozludur.
Patogenetik
Əksər mənbələrdə[2][3] şok patogenetik mexanizmlərinə görə təsnifləndirilir:
- Hipovolemik şok;
- Kardiogen şok;
- Travmatik şok;
- Septiki şok
- Anafilaktik şok;
- Nevrogen şok;
- Kombinə olunmuş
Kardiogen şokun etiologiyası | |||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
Şokun hemodinamikası
Şokda hemodinamik göstəricilər | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
Şok indeksi
Şokun ağgərləq dərəcəsini təyin etmək üçün şok indeksini müəyyən etmək lazımdır. Şok indeksi dəqiqəlik ürək vurğusunun sayının sistolik təzyiqə olan nisbətinə bərabərdir.
Misal: Əgər xəstənin ürək döyüntüsü dəqiqədə 140, sistolik təzyiqi isə 80 mm Hg sütunudursa onda şok indeksi 1,75-ə bəbrabər olacaqdır. Bu indeks sağlam insanlarda 0,4–0,7 arasındadır.
Şok zamanı müalicə tədbirləri
Əsas ümumi müalicə tədbirləri bunlardır:
- Şokun yaranma səbəbini müəyyən etmək və aradan qaldırmaq;
- İtirilmi qan, maye (qan, plazma və qanəvəzedicilərlə (kolloid, elektrolit məhlullarla)) bərpa edilməli (kardiogen şok zamanı infuzion terapiya ehtiyatla aparılmalıdır.);
- Oksigen verilməli (ehtiyac duyulduqda süni tənəffüsə keçirilməlidir.);
- Qələvi-turşu müvazinətini normallaşdırmaq üçün asidozu aradan qalırmaq lazımdır;
- Müsbət inotrop effekt əldə etmək üçün katexolamin müalicəsinə başlanılmalıdır. Əlavə olaraq steroid hormon, heparin, tromboza qarşı streptokinaza, sidikqovucu, preparatlarından da istifadə olunur.
İstinadlar
- ↑ N. Y. Bayramov. Təcili Abdominal Cərrahiyyədə Müayinə və Müalicə Qaydaları (PDF). Bakı: Qismət. 2009. 138.
- ↑ Franz Jesch, Klaus Hofmann; Clemens Sirtl. "Anästhesiologisches Notizbuch" (Deutsch). München. 1986. 60.3, 60.4. ISBN 3-926035-52-8.
- ↑ Порядин Г. В. Лекции по патофизиологии (общая часть). М., 1993. С. 152.
Mənbələr
- Franz Jesch, Klaus Hofmann; Clemens Sirtl (1986). "Anästhesiologisches Notizbuch", pp. 60.3–60.9. ISBN 3-926035-52-8. (alm.)
- U.v. Hintzenstern, "Notarzt-Leitfaden" , pp. 183–186; ISBN 3-437-22460-3 (alm.)