Əli ibn Yusif ibn Ömər

Əli ibn Yusif ibn Ömər
Krit əmiri
915 – 925
ƏvvəlkiYusif ibn Ömər ibn Şüeyb
SonrakıƏhməd ibn Ömər

Əli ibn Yusif ibn Ömər (ərəb. علي بن يوسف بن عمر‎ )— təqribən 915–925-ci illərdə hakimiyyətdə olmuş Krit əmiri.

Krit əmirliyinin tarixi və hökmdarları haqqında qorunub-saxlanılmış qeydlər çox fraqmentlidir. O, şərti olaraq beşinci əmir Yusifin oğlu, Kritin fatehinin və əmirliyin banisi Ömər Əbu Həfsin nəvəsi kimi tanınır. Onun atası Yusifdən sonra hakimiyyətə gəldiyi, təxminən 915-ci ildən 925-ci ilə qədər padşahlıq etdiyi güman edilir. Ondan sonra taxta əmisi Əhməd ibn Ömər çıxmışdır.[1][2][3]

Mənbə

İstinadlar

  1. Miles, 1964. səh. 11–15
  2. Canard, 1971. səh. 1085
  3. PmbZ, ʻAlī b. Yūsuf II. (#20257)

Ədəbiyyat