Aşağı Kürkəndi
Aşağı Kürkəndi | |
---|---|
39°37′ şm. e. 48°58′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Salyan rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1314 (2010) nəfər |
Aşağı Kürkəndi — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Aşağı Kürkəndi Salyan rayonunun Arbatan inzibati ərazi vahidində kənd. Kur çayının sahilindədir.
Tarixi
Yaşayış məntəqəsi XX əsrin əvvəllərində Salyan balıq vətəgələrində işləmək üçün Cənubi Azərbaycandan gələnlər tərəfindən salınmış və Kürkəndi adlandırılmışdı. Sonralar tikinti idarəsinin fəhlə və qulluqçuları üçün salınmış qəsəbə də kəndlə birləşmışdir.[mənbə göstərilməlidir]
Etimologiyası
Yeni salınmış yaşayış məntəqəsi həmin kənddən bir qədər Aşağıda yerləşdiyi üçün Aşağı Kürkəndi adlandırılmışdır. Kürkəndi "Kür sahilində kənd" mənasındadır.[1]
Əhalisi
Əhalisi 1314 nəfərdir (2010).[mənbə göstərilməlidir]
İstinadlar
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.