Yeni Uluxanlı

Yeni Uluxanlı
39°47′57″ şm. e. 49°00′41″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.000 nəf. (2013)
Xəritəni göstər/gizlə
Yeni Uluxanlı xəritədə
Yeni Uluxanlı
Yeni Uluxanlı

Yeni Uluxanlı (əvvəlki adı: Aydıngün) — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 fevral 2008-ci il tarixli, 548-IIIQ saylı Qərarı ilə Salyan rayonunun Yolüstü kənd inzibati ərazi dairəsi tərkibindəki Aydıngün kəndi Yeni Uluxanlı kəndi adlandırılmışdır.[1]

Toponimikası

Aydıngün Salyan rayonunun Qaracala qəsəbə inzibati ərazi vahidində qəsəbə. Kür çayının sahilində, Şirvan düzündədir. Sovet hakimiyyəti illərində (1965) verilmiş adlardandır. Oykonim "Xoş gun; firavan həyat" mənasındadır.[2]

Tarixi

Kənddə ilkin yaşayış XIX əsrin ortalarına təsadüf etmişdir. Həmçinin Qərbi Azərbaycanda da eyniadlı yaşayış yeri mövcuddur. Ermənistan SSRİ-nin Masis rayonundan buraya köçürülmüşlər.[3]

Əhalisi

Əhalisi 2013-cü il üzrə 3.000 nəfərdir.[3]

İqtisadiyyatı

Burada çoxlu vətəgələr olub və indi də vətəgələr qorunur.[3]

Din

Kənddə "İmam Zaman" məscidi dini icması fəaliyyət göstərir.[4]

Şəkillər

Yeni Uluxanlı kəndi 2012 Arxivləşdirilib 2016-08-29 at the Wayback Machine

Həmçinin bax