Aron Şvarts (ing.Aaron Swartz; 8 noyabr1986[1], Haylend-Park[d], İllinoys[2] – 11 yanvar2013, Bruklin, Nyu-York ştatı[3]) — proqramçı, yazıçı. 2009-cu ildə Amerikan federal məhkəmələrinə aid PACER bazasında olan və pul qarşılığı satılan təxminən 18 milyon sənədi və 2011-ci ildə JSTOR'dan 4 milyona yaxın məqaləni kompüterinə endirib xalqa açıq hala gətirmiş və bundan ötəri "məlumat quldurluğu" və "qeyri-qanuni fayl endirmə" kimi ağır cinayətlərdən haqqında 13 dəfə iddia açılmışdı. Dünyanın qabaqcıl ictimai paylaşma saytlarından Reddit'in qurucularından olan Swartz Brooklyn, New Yorkdakı evində 11 yanvar 2013-cü il özünü asaraq 26 yaşında həyatına son verdi. Ölümündən əvvəl 1 milyon dollar pul və 35 il həbs cəzasına məhkum edilməsi gözlənilirdi.