Arqon
| ||||||
Ümumi | ||||||
---|---|---|---|---|---|---|
Ad, İşarə, Nömrə | arqon, Ar, 18 | |||||
Qrup, Dövr, Blok | 18, 3, p | |||||
Xarici görünüşü | ||||||
Atom kütləsi | 39.948 q/mol | |||||
Elektron formulu | [Ne] 3s2 3p6 | |||||
Fiziki xassələr | ||||||
Halı | ||||||
Sıxlığı | (0 °C, 101.325 kPa) q/L | |||||
Ərimə temperaturu | −189.35 °C (83.80 K, −308.83 °F) | |||||
Qaynama temperaturu | −185.85 °C (87.30 K, −302.53 °F) | |||||
Elektromənfiliyi | ||||||
Oksidləşmə dərəcəsi | ||||||
Spektr = | ||||||
İonlaşma enerjisi | kCmol-1 |
Arqon (Ar) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 18-ci element. O, nəcib qazdır, 1894-cü ildə havadan ingilis fiziki Con Vilyam Rele (1842-1919) və şotland kimyaçısı Vilyam Ramzay tərəfindən ayrılmışdır. O, heç bir maddə ilə reaksiyaya girmir və buna görə də bu adı almışdır, yunanca argos - “fəaliyyətsiz”. Bu adı kimyaçı X.C.Madan təklif etmişdir. O, 1894-cü ilin avqustun 13-də Oksfordda Britaniya elmə dəstək assosiasiyasının iclasına sədrlik edirdi və həmin iclasda Reley və Ramzay yeni qazın kəşfi haqqında məlumat verirdi. 1904-cü ildə Vilyam Ramzay arqon və digər təsirsiz qazları kəşf etdiyi üçün kimya üzrə Nobel mükafatına layiq görülüb, fizik Con Vilyam Strett (lord Reley) həmin ildə mahiyyətcə eyni kəşfə görə fizika üzrə Nobel mükafatına layiq görülüb. Elektrikli işıqlandırma lampalarında və fluoressensiya balonlarda istifadə edilir. Elektrik arxlarıyla edilən kəsici və qaynaq əməliyyatlarında, həmçinin, silikon və germanium kristallarının istehsalında qoruyucu soyqaz olaraq istifadə edilir. Titan və bənzəri reaktiv elementlərin əldə edilməsində rol oynayır. Radiasiya səviyyələrini ölçən Geiger sayğaclarında da istifadə edilir.