Xlor

17 kükürdxlorarqon
F

Cl

Br
Ümumi
Ad, İşarə, Nömrə xlor, Cl, 17
Qrup, Dövr, Blok 17, 3, p
Xarici görünüşü
Atom kütləsi 35.453 q/mol
Elektron formulu [Ne] 3s2 3p5
Fiziki xassələr
Halı
Sıxlığı (0 °C, 101.325 kPa)
q/L
Ərimə temperaturu -101.5 °C
(171.6 K, -150.7 °F)
Qaynama temperaturu -34.04 °C
(239.11 K, -29.27 °F)
Elektromənfiliyi
Oksidləşmə dərəcəsi
Spektr =
İonlaşma enerjisi kCmol-1

Xlor (Cl) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 17-ci element.

Xlor kəskin iyli sarımtıl – bərk maddedir Birinci dünya müharibəsində xlordan zəhərləyici maddə kimi istifadə edilmişdir. Kimyəvi reaksiyalarda tərkibində xlor olan birləşmələrdən və xlorlu sudan xlor aldıqda o, təhlükəli sayılır. Tərkibində xlor olan ağardıcılardan istifadə etdikdə də otağın havasını yaxşı dəyişmək lazımdır. Xlorun hətta kiçik dozası nəfəs yollarını güclü qıcıqlandırır. Bitkilərin orqanizmində xlorun miqdarı təxminən kütləcə 0,1 %-dir. Bu bütün canlı orqanizmlərdə su-duz mübadiləsinin əsas elementlərindən biridir. Bəzi bitkilər (halofitlər – şoranlıqlarda bitən bitkilər) yüksək qatılıqda natrium xloridə malik duzlu torpaqlarda inkişaf etmək qabiliyyəti ilə yanaşı xloridləri də toplamaq qabiliyyətinə malikdirlər. Onlara şoran ot, yulgün və s. aiddir. Xlor ionları bitkilərin enerji mübadiləsində iştirak edir, köklərin oksigen udmasına müsbət təsir edir. Bitkilərdə xlor oksidləşdirici reaksiyalarda və fotosintezdə iştirak edir.

Halofil mikroorqanizmlər natrium xloridin qatılığı 32 %-ə qədər olan mühitdə — duzlu su hövzələrində və şoran torpaqlarda yaşayırlar. Bunlar Paracoccus, Pseudomonas, Vibrion və bəzi başqa bakteriya növləridir. Natrium xloridin yüksək qatılığı sitoplazmatik membranın struktur tamlığını və onunla əlaqəli fermentativ sistemin fəaliyyətini təmin etmək üçün lazımdır.

Heyvan orqanizmində xlor təxminən 0,08-dən 0,2 %-ə (kütlə ilə) qədər olur. Mənfi yüklənmiş xlor ionları heyvan orqanizmində üstünlük təşkil edir və su-duz mübadiləsində olduqca böyük rol oynayır. Yüksək duzluluq şəraitində, suda duzların miqdarı 30 %-dən az olmadıqda halofitlər inkişaf edir.

İnsanın əzələ toxumasında 0,20–0,52 %, sümük toxumasında 0,09 %, qanda 2,89 q/l xlor var. Yaşlı adamın orqanizmində 95 qram xlor var. Hər gün insan qida ilə 3–6 qram xlor qəbul edir. O, orqanizmə natrium xlorid şəklində daxil olur. O, maddələri mübadiləsini, tüklərin inkişafını stimullaşdırır, gümrahlıq və güc verir. Xlor orqanizmin toxumalarında fiziki-kimyəvi prosesləri müəyyənləşdirir. O, toxumalarda turşu-qələvi tarazlığını tənzimləmədə iştirak edir (osmotənzimləmə). Xlor qanın, limfaların və bədənin digər mayelərinin əsas osmotik aktiv maddəsidir.

Mədə şirəsinin tərkibinə daxil olan xlorid turşusu pepsin fermentinin aktivliyini təmin edərək və bakterisid təsiri göstərərək qida həzmində xüsusi rol oynayır.

Havada 0,0001 % -ə qədər xlorun olması selikli qişaya qıcıqlandırıcı təsir göstərir. Daima belə atmosferdə olmaq bronxların xəstələnməsinə səbəb olur, iştahı azaldır, dəri yaşılımtıl çalarlar əldə edir. Mövcud sanitar normalara görə otaq havasında xlorun miqdarı 0,001 mq/l –dən çox olmamalıdır, yəni 0,00003 %. Havada 0,1 % xlorun olması kəskin zəhərlənməyə səbəb olur ki, onun da birinci əlaməti olduqca kəskin öskürək tutmalarıdır. Xlor ilə zəhərlənmə zamanı tam sakitlik lazımdır, oksigen və ya ammonyak (naşatır spirti) ilə nəfəs almaq faydalıdır. Bu halda spirtin efir ilə buxarları da faydalıdır.

Xlorun bədənə daxil olmasının əsas mənbəyi xörək duzudur (natrium xlorid), duzlu məhsulların hamısıdır. Gün ərzində insan 20 qrama qədər xörək duzu istifadə etməlidir.

Daha çox məlum olan və insanlar tərəfindən geniş istifadə olunan xlorlu birləşmələr aşağıdakılardır:

NaCl – natrium xlorid, xörək duzu;

HCl – hidrogen xlorid turşusu, xlorid turşusu;

HgCl2 – civə (II) xlorid, sulema.

Xloru ilk dəfə isveç kimyaçısı K. Şeyele xlorid turşusunun pirolizit (MnO2·H2O) ilə qarşılıqlı təsirindən almışdır.

Xlor adı yunan sözü olan kloros sözündən götürülüb və mənası solmaqda olan yarpaqların sarı-yaşıl rəngi deməkdir və bu, qaz halında xlorun rənginə uyğundur.

Xörək duzu insanlara çox-çox qədimlərədn məlumdur. Xlorid turşusu və onun nitrat turşusu ilə qarışığı – çar arağı əlkimyaçılara məlum idi.

İnsan bədənində xlor atomlarının sayı 1,8·1024 və bir insan hüceyrəsində 1,8·1010 atom var.

Zəhərli xlor qazı az miqdarda olduqda zəhər əleyhinə də istifadə olunur. Belə ki, hidrogen sulfid ilə zəhərlənmiş adama xlorlu əhəng nastoykası qoxladırlar. İki zəhər qarşılıqlı təsirdə olaraq qarşılıqlı neytrallaşırlar.

İçməli suyu xlorlaşdırdıqda xəstəlik törədici bakteriyalar məhv olur.

HgCl2 olduqca güclü zəhərdir. Onun olduqca duru məhlulu (1:1000) tibbdə dezinfeksiyaedici vasitə kimi istifadə olunur. Xlor Yerin ozon qatının dağılmasında əsas M. Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.</ref>

Suyun xlorlanması

Suyun xlorlanması- suyun xlor və onun birləşmələri ilə emalı; içməli suyu zərərsizləşdirmək üçün ən çox yayılmış üsul. Suyun xlorlanması sərbəst xlorun və onun birləşmələrinin mikrobların ferment sisteminin dağıtması xassəsinə əsaslanır. İçməli suyu zərərsizləşdirmək üçün xlor, xloramin və xlorlu əhəngdən istifadə olunur. Xlorlamadan sonra suya düşən mikrobları məhv etmək məqsədilə suya xlor artıqlaması ilə (qalıq xlor) qatılır. Suyun xlorlanmasıdan 30 dəq. sonra qalıq sərbəst xlorun suda miqdarı 0.3 mq/l-dən az olmamalıdır. Suyun xlorlanmasından sonra suda pis iy verən maddələr olarsa, belə hallarda xlorlamadan əvvəl suyu ammonyaklı və ya ammonium duzları ilə emal edirlər. Çöl şəraitində içməli suyu zərərsizləşdirmək üçün də su xlorlanır. Axar suları, üzgüçülük hovuzlarının suyunu zərərsizləşdirmək, istehsalat sularını rəngsizləşdirmək, dəmirsizləşdirmək və s. məqsədlə də xlorlamadan istifadə olunur. Lakin xlor suda olan çirkləndirici üzvi maddələrlə qarışıqlı əlaqədə olduqda yüksək toksik, hətta konserogen maddələr, o cümlədən dioksinlər əmələ gələ bilər. Buna görə c.x ozonlaşdırma ilə əvəz olunur.

İstinadlar

Xarici keçidlər


Fiziki xassələri:Xlor havadan 2.5 dəfə ağırdır.20C-də 1l suda 2.5l xlor həll olur. Xlorun suda məhlulu xlorlu su adlanır. Xlor təzyiq altında mayeləşir və maye xlor polad balonlarda saxlanılır. Kimyəvi xassələri:Xlor qüvvətli oksidləşdiricidir. O, oksigen, azot və karbon ilə bilavasitə qarşılıqlı təsirdə olmur.