Baqəvərkimilər

Baqəvərkimilər
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Fəsilə:
Baqəvərkimilər
Beynəlxalq elmi adı

Baqəvərkimilər (lat. Alismataceae) — Baqəvərçiçəklilər sırasına aid bitki fəsiləsi.[3] Fəsilə 19 cins və 113 növdən ibarətdir. Növlərin əksəriyyəti bataqlıqlardagölməçələrdə bitən su bitkiləridir.[4]

Təsnifat

APG III sisteminə əsasən, Bəqəvərkimilərə əvvəllər Limnocharitaceae adlı fəsiləyə daxil edilmiş üç cins daxildir. Ümumilikdə, Alismataceae fəsiləsinə 19 cins daxildir və bunlardan ikisinin nəsli kəsilib:[5]

  • Albidella Pichon
  • Alisma L.Baqəvərtypus
  • Alismaticarpum Collinson dagger
  • Astonia S.W.L.Jacobs
  • Baldellia Parl.
  • Burnatia Micheli
  • Butomopsis Kunth
  • Caldesia Parl.
  • Damasonium Mill.
  • Echinodorus Rich. ex Engelm.Exinodorus
  • Helanthium Benth. & Hook. f.
  • Hydrocleys Rich.
  • Limnophyton Miq.
  • Luronium Raf.
  • Ranalisma Raf.
  • Sagisma Nikitin dagger
  • Sagittaria L.
  • Wiesneria Micheli

Yetişdirilməsi və istifadəsi

Bir neçə növ, xüsusən də Sagittaria cinsinə aid bəzi növlər CənubŞərqi Asiyada həm insanlar üçün qida, həm də heyvan yemi məqsədilə yetişdirilən yeməli kökümsov gövdəyə malikdir. Bitkinin bu hissəsi Şimali Amerikanın yerli xalqları tərəfindən qida olaraq istehlak edilirdi. Fəsilənin bəzi nümayəndələri gölməçələrdəakvariumlarda dekorativ bitki kimi yetişdirilir.[6]

İstinadlar