Dəhrəz
Dəhrəz | |
---|---|
39°52′15″ şm. e. 46°52′18″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Xocalı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Dəhrəz — Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd.[2]
1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dəhrəz kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır.
1977-ci il üçün tərtib olunmuş inzibati-ərazi bölgüsündə Ağbulaq kənd Sovetinin tərkibində göstərilir[3].
Qarabağ silsiləsinin yamacındadır. Keçmiş adı Qayabaşı olan bu kənd XVIII əsrdə Qarabağ xanlarına məxsus mulk idi. XIX əsrin əvvəllərində Cənubi Azərbaycandan gəlmə erməni ailələri burada məskunlaşdıqdan sonra yaşayış məntəqəsi bu adı almışdır. Oykonim fars dilindəki dəhliz sözünun variantı kimi "ensiz, dar kecid" mənasındadır[4].
Həmçinin bax
İstinadlar
- ↑ https://web.archive.org/web/20110302100506/http://census.stat-nkr.am/nkr/1-1.pdf.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Azərbaycan SSR İnzibati-ərazi bölgüsü (DÖRDÜNCÜ NƏŞRİ). Bakı: Azərnəşr. Tərtib edənlər: Ç. H. İbrahimov və S. A. Melnikov. Redaksiya heyəti: A. M. İsayev, B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. 1979. 116.
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.