Pirlər

Pirlər
39°59′27″ şm. e. 46°50′11″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 575 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 405 nəf. (2005)
Xəritəni göstər/gizlə
Pirlər xəritədə
Pirlər
Pirlər

PirlərAzərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xocalı rayonunun Xramort kənd inzibati ərazi vahidi tərkibindəki Xramort kəndi Pirlər kəndi, Xramort kənd inzibati ərazi vahidi Pirlər kənd inzibati ərazi vahidi adlandırılmışdır.[2] İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Pirlər kəndi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib.

Toponimikası

Oykonim Xram (yarğan) və art (arxa tərəf, aşırım) komponentlərindən düzəlib, "yarğanın arxa tərəfi" deməkdir.[3]

Tarixi

1993-cü ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub.

Coğrafiyası və iqlimi

Kənd dağ ətəyi ərazidə yerləşir.

Əhalisi

2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Pirlər kəndinin əhalisi 403 nəfər təşkil edirdi[4].

İstinadlar

Həmçinin bax