Dnestryanı

Dnestryanı
rus. Приднестровская Молдавская Республика
Pridnestrowskaja Moldawskaja Respublika
rum. Република Молдовеняскэ Нистрянэ
Republica Moldovenească Nistreană
ukr. Придністровська Молдавська Республіка
Prydnistrowska Moldawska Respublika
Bayraq Gerb
Bayraq Gerb
Himn: "Sənə şöhrət bəxş edəcəyik, Dnestryanı"
rum. Слэвитэ сэ фий, Нистрене
rus. Мы славим тебя, Приднестровье
ukr. Ми славимо тебе, Придністров’я
Tarixi
 • Müstəqilliyin elan olunması 2 sentyabr 1990
 • Dnestryanı müharibəsi 2 mart 199221 iyul 1992
 • Tanınması Qisməm tanınmış AbxaziyaCənubi Osetiya tərəfindən tanınmışdır.
Rəsmi dilləri
Paytaxt Tiraspol
İdarəetmə forması Yarı prezidentli sosialist respublika
Prezident Vadim Krasnoselski
Baş nazir Aleksandr Martınov
Sahəsi Dünyada 4065.1695-ci
 • Ümumi 4,163 km² km²
 • Su sahəsi (%) 2.35
Əhalisi
 • Əhali 505.153 nəfər
 • Siyahıyaalma (2004) 555.347 nəf.
 • Sıxlıq 121 nəf./km²
ÜDM (AQP)
 • Ümumi 1052.2 milyon dollar
 • Adambaşına 2074 dollar
Valyuta Dnestryanı rublu
Telefon kodu +373
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dnestryanı (mold. Нистрения, rus. Приднестровье, ukr. Придністров'я) və ya rəsmi adı ilə Dnestryanı Moldav Respublikası (mold. Република Молдовеняскэ Нистрянэ, rus. Приднестровская Молдавская Республика, ukr. Придністровська Молдавська Республіка) — Şərqi Avropada Moldova daxilində birtərəfli şəkildə müstəqilliyini elan edən de-fakto dövlət. Dnestryanı Moldovanın Dnestr çayından şərqdəki ərazilərini əhatə edir. Paytaxtı Tiraspol şəhəri, ümumi sahəsi 4,163 kvadrat kilometrdir. Öz siyasi quruluşu, parlamenti, konstitusiyası, dövlət rəmzləri, ordusu, polisi və poçt sistemi olan bu ərazi Birləşmiş Millətlər Təşkilatına üzv olan heç bir dövlət tərəfindən tanınmamaqdadır. Bu ərazinin müstəqilliyini yalnız Cənubi Osetiya, Dağlıq Qarabağ RespublikasıAbxaziya kimi qondarma respublikalar tanıyır.

Silahlı Qüvvələr

2007-ci ildən etibarən Dnestryanı silahlı qüvvələri 4500–7500 arası əsgərdən ibarət olmaqla, Tiraspol, Bəndər, Rıbniça və Dubısari motoatıcı piyada briqadalarına bölünmüşdür. Bu hərbi birləşmələrin tabeliyində 18 tank, 107 zirehli texnika, 73 tüfəng, 46 ədəd hava hücümundan müdafiə qurğusu və 173 ədəd tank əleyhinə müdafiə qurğusu mövcuddur. Hərbi Hava Qüvvələri isə 9 Mi-8T, 6 Mi-24, 2 Mi-2 helikopterlərindən və An-2-nin müxtəlif təyyarələrinin An-26 ve Yak-18 modellərindən formalaşmışdır.

İctimai Quruluş

İqor Smirnov – Dnestryanı Moldav Respublikasının ilk prezidenti

Ölkədə 1 May rəsmi bayramdır və qeyri-iş günü sayılır. 2 may 2009-cu ildə keçirilən referendumda ölkə əhalisinin 99,6%-i sosialist idarəetmə sisteminin saxlanılmasına, yalnız 0,4%-i isə dəyişdirilməsinə səs vermişdir.

Ölkə prezidenti həm də silahlı qüvvələrin Ali baş komandanıdır. 2004-cü ildə həyata keçirilən siyahıyaalmaya görə ölkədə 4096 qaqauz və 168.768 rus vardır. Əhalinin əksəriyyəti Gənc Partizan və İşçi Qüvvələrində əsgər kimi fəaliyyət göstərir. Buna görə də ölkədə hər 3 şəxsdən biri əsgərdir.

Ölkənin siyasi rəmzləri LeninKarl Marksdır. Ölkədə 3 cür maaş sistemi vardır. Bunlar: Yüksək dərəcəli, orta dərəcəli və aşağı dərəcəli dövlət məmurları üçün nəzərdə tutulan maaş sistemləridir. Xalq əsgərləri aşağı dərəcəli dövlət məmurlarıdır. İdarəetmə və Qüvvələrdə çalışan əsgərlər isə orta dərəcəli dövlət məmurlarıdır. Dövlət idarəetməsində çalışanlar isə yüksək dərəcəli dövlət məmurları hesab olunur. Bu 3 maaş sistemi arasındakı maaş fərqi isə çox azdır.

Tiraspol şəhərindən bir təsvir

Bütün torpaqlar dövlətə məxsusdur. Bütün binaların tikintisini dövlət həyata keçirir və dövlətdən başqa heç kimin buna ixtiyarı yoxdur. Ölkədə 17-35 yaş arası hər kəs Gənc Partizan Qüvvələrinin əsgəri hesab olunur. Sindikatlarla əlaqəsi olan şəxslər isə İşçi Qüvvələrin əsgəri hesab olunur. Ölkə ərazisində yalnız bir universitet mövcuddur və bu universitetdə əsgərlər və yüksək dərəcəli məmurlar hazırlanır. Bələdiyyə rəisləri prezident tərəfindən təyin olunur. Ölkədə sosializm əleyhinə çıxan şəxslər ölkədən qovulur və vətəndaşlıqdan çıxarılır.

Ölkədə işsizlik 0,3%-ə bərabərdir. Ölkədə market kimi kiçik iş yerləri belə dövlətə məxsusdur. Ölkə ərzisində heç bir xarici firma yoxdur.


Siyasi Quruluş

Ölkədə ikipartiyalı sistem mövcuddur. Parlamentdə partiyaların təmsil olunma sayı əvvəlcədən müəyyən olunmuş qaydada həyata keçirilir. Bu qaydaya əsasən parlamentdə Sosialist partiya üçün 40, Sosial-Demokratik partiya üçün 5, bundan əlavə Sindikatların təmsilçisi üçün 1, Hərbiçilərin təmsilçisi üçün 2, İctimai Təşkilatların nümayəndələri üçün isə 3 yer müəyyənləşdirilmişdir. Təmsilçi və nümayəndələr parlamentdə iştiraklarına baxmayaraq səs hüququna malik deyildirlər. Moldova bu ərazini öz daxilində muxtariyyət hesab etməsinə baxmayaraq Dnestryanı bunu qəbul etmir. Buna görə də ölkə xarici məsələlərdə müstəqil hərəkət edir.

İdarəetmə Vahidləri

Dnestr çayı

Rayonlar

  • Kamenka (Кáменка, Kamenka)
  • Dubosari (Дубоссáры, Dubossary)
  • Qriqoriopol (Григориóполь, Grigoriopol')
  • Rıbniça (Рыбница, Rybnitsa)
  • Slobodziya (Слободзéя, Slobodzeya)

Bələdiyyələr

  • Bəndər (Бендéры)
  • Tiraspol (Тирáсполь)