Fenilsirkə turşusu
Fenilsirkə turşusu | |
---|---|
| |
Ümumi | |
Kimyəvi formulu | С6H5СH2COOH |
Molyar kütlə | 136,15 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 1,228 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 77—78,5 °S |
Qaynama nöqtəsi | 265,5 °C (760 мм. civə sütunu.) °S |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 103-82-2 |
PubChem | 999 |
ChEBI | 30745 |
ChemSpider | 10181341 |
Fenilsirkə turşusu (α- toluol turşusu)- kimyəvi formulu С6H5СH2COOH olan üzvü birləşmədir.
Fiziki xassələr
Fenilsirkə turşusu – parıltılı iynələrə bənzər, bal iyli bir maddədir. Üzvü birləşmələrdə həmçinin dietil efirində və etil spirtində yaxşı həl olunur. Suda pis həl olunur 1,66 q/100 q (20 °C).
Alınması
Fenilsirkə turşusunun sintezinin əksəriyyəti benzil - hallogenlərdən əmələ gəlir.
- Fenilsirkə turşusu benzil nitrilin hidrolizi ilə sintez edilə bilər, öz növbəsində benzil bromidin natrium siyanidlə qarşılıqlı təsiri ilə əldə edə bilərik.
- Fenilsirkə turşusunun ikinci sintez üsulu - benzilxloridin maqniumlaqarşılıqla təsirindən və sonradan alınan Qrinyar reaktivının karbon turşusu ilə reaksiyası nəticəsində alınır
- PhCH2Cl + Mg PhCH2MgCl
- PhCH2MgCl + CO2 PhCH2COOMgCl
- PhCH2COOMgCl + H2O PhCH2COOH + Mg(OH)Cl
Tətbiqi
Fenilsirkə turşusu və efirləri ətir kompozisiyalarının və qida sirkəsinin hazırlanmasında istifadə olunur Fenilsirkə turşusu amfetaminin sintezində bir başlanğıc maddə kimi istifadə olunur.
Toksikliyi
Dovşanlar üçün fenilsirkə turşusunun yarım öldürücü dozası 5 q / kq təşkil edir.
Mənbə
- Рабинович В. А., Хавин З. Я. Краткий химический справочник. — Л.: Химия, 1977. — 188 с.
- Хейфиц Л. А. Фенилуксусная кислота // Химическая энциклопедия: в 5 т / Зефиров Н. С. (гл. ред.). — М.: Большая Российская энциклопедия, 1998. — Т. 5. — С. 68. — 783