Haputlular

Haputlular
Sayları və yaşadığı ərazilər
Dili haput dili
Azərbaycan dili
Dini İslam

Haputlular, haputlar[1][2] və ya hapıtlar[3]Qafqaz xalqlarının Nax-Dağıstan qrupunun Şahdağ yarımqrupuna aid xalq.[4] Əsasən Azərbaycanda, Quba, Xaçmaz, Qəbələ, İsmayıllı, Ağdaş rayonlarında və Bakı, Sumqayıt şəhərlərində yaşayırlar. Kompakt halda Quba rayonunun Haput, İsmayıllı rayonunun Talıstan, Hacıhətəmli, Hapıtlı[5]Mollaisaqlı kəndlərində məskunlaşmışlar. Füzuli rayonunun Saracıq kəndində də gəlmə tayfalardan biri hapıtlılardır[6].

Qafqaz dil ailəsinə mənsub haput dilində danışırlar.[7] Qiyasəddin Qeybullayev qeyd edir ki, Qafqaz Albaniyasının sakinləri olan herlər indiki haputluların ulu əcdadıdır. Haputlular özlərini indi də "hər" adlandırırlar.[8] Dinləri islam dinidir. 1880-ci illərə aid bir sənəddə haputluların sayı 997 nəfər göstərilirmişdir.[9][10]

İstinadlar

Xarici keçidlər