Tatlar
Tatlar | |
---|---|
Sayları və yaşadığı ərazilər | |
Dili | Tat dili |
Dini | İslam |
![]() |
Tatlar — İrandilli etnoslardan biri. Azərbaycan və Rusiya ərazisində yaşayırlar.
Tarixi
Tarixi məlumata görə bu qədim xalq təqribən 2000 il bundan qabaq Sasanilər İmperiyası hakimiyyəti zamanı şimaldan gələn türklərin qarşısını almaq məqsədilə Cənubi Qafqaz ərazisinə köçürülmüşdür. Qədim ari tayfalarından olan tatlar ərəb işğalından sonra islam dinini qəbul etmişlər.
1810-cu ildə Bakı və Abşeronun ətraf kəndlərinin komendantı general İvan İvanoviç Repin Bakı haqqında yığdığı məlumatlarda qeyd olunurdu ki, şəhərin özündə və müvafiq olaraq Bakı xanlığına aid olmuş ərazilərdə 2235 nəfər yaşayırdı. Azsaylı rus, erməni, yəhudilər(81 nəfər) istisna olmaqla əhalinin böyük əksəriyyəti - 2155 nəfər şiə tatlar təşkil edirdi. [1]
Dil
İran dillərindən biri olan Tat dilində danışırlar.
Din
Tatların əksəriyyəti İslam dininə etiqad edir. Tatların bir qismi isə yəhudidir.
Məskunlaşma
Tatlar əsasən Bakıda, Quba, Şabran, Siyəzən, Xaçmaz, Şamaxı,Ağsu,İsmayıllı, Gəncə, Şəmkir, Xızı, Gədəbəy və Dərbənd rayonlarında tarixən sıx olaraq məskunlaşıblar. Hal-hazırda, Azərbaycan Respublikasından kənarda — Rusiya Federasiyasında, Qazaxıstanda, Qırğızıstanda, Gürcüstanda da müsəlman tatlar yaşayır.


statistika
Yaşayış məntəqəsi | 1999 sa.[2] | 2009 sa.[3] |
---|---|---|
Bütün ölkə üzrə | 10 922[4] | 25 218[3] |
Quba rayonu | 1 088 | 13 880 |
Xaçmaz rayonu | 8 853 | 9 108 |
Abşeron rayonu | 6300 | 7660 |
Şabran rayonu | 5 | 1 700 |
Sumqayıt | … | 670 |
Hacıqabul rayonu | … | 610 |
Şamaxı rayonu | … | 598 |
Xızı rayonu | … | 473 |
İsmayıllı rayonu | … | |
Siyəzən rayonu | 42 | … |
digər | 934 | 317 |
Mədəniyyət
Qədim tarixə sahib tatlar Quba-Qafqaz xalçaçılığının inkişafında böyük rol oynamışlar.
Tanınmış şəxsiyyətlər
- Arif Yunus — tarix elmləri namizədi.
- Bəybala Abbasov (1923–2012) — tibb sahəsində əməkdar elm xadimi.
- Cahangir Cahangirov (1921–1992) — bəstəkar, Azərbaycan SSR xalq artisti.
- Əkrəm Cəfər (1905–1991) — yazıçı.
- Əli Bayramov (1889–1920) — inqilabçı.
- Güllər Əfəndiyeva (1880–1970) — xalça ustası.
- İlhüseyn Hüseynov (1925–2006) — SSR Azərbaycan DTK-nın sədri.
- Qəmərşah Cavadov (1938–2005) — tarixçi etnoqraf, tarix elmləri doktoru.
- Qiyasəddin Qeybullayev (1934–2002) — tarixçi etnoqraf, filologiya elmləri doktoru, Azərbaycan tarixi haqqında revizionist nəzəriyyələr müəllifi.
- Manaf Süleymanov (1912–2001) — yazıçı.
- Şövkət Səlimova (1920–1999) — gəmi kapitanı.
- Vahid Əhmədov — ictimai-siyasi xadim.
- Zərnigar Ağakişiyeva (1945–2018) — aktrisa, Azərbaycan Respublikasının xalq artisti.
İstinadlar
- ↑ Yunusov, Arif. Azərbaycanda İslam (Azərbaycan dili). Bakı: Friedrich Ebert Foundation. 2004. 364. ISBN 978-9952805215.
- ↑ "Population statistics of Eastern Europe". 2015-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-09.
- ↑ 1 2 İstinad xəbərdarlığı:
Ethnic composition of Azerbaijan by 2009 census
adlı<ref>
istinad etiketi ya cari bölmədən kənarda müəyyən edildiyinə, ya da ümumiyyətlə müəyyən edilmədiyinə görə göstərilə bilmir. - ↑ The United Nations Statistics Division : Arxivləşdirilib 2018-07-25 at the Wayback Machine 27.01.1999 census of Azerbaijan