JSON ("JavaScript Object Notation") — insanlar tərəfindən oxuna bilən verilənlərin çevrilməsi üçün formatdır. XML-in Javascript ilə daha yaxşı işləyə bilməməsindən yaranmışdır. JSONda verilənlər açar(key) və dəyər(value) dan ibarət olur.
XML-dən asan olmasına görə müasir dövrdə yavaş-yavaş XML-i əvəzləməyə başlamışdır. XML-dən daha sürətlidir. Əsas üstünlüyü verilənlərin transferi zamanı daha kiçik hissələrdən istifadə edə bilməsidir. Fayl Genişlənməsi .json-dur.
Dəstəklədiyi Tiplər
Number
String
Boolean
Array
Object
null
Sadə Nümunə
[{"tip":"kitab","nov":"roman","mehsullar":[{"ad":"Əli və Nino","muellif":"Qurban Səid"},{"ad":"Qılınc və Qələm","muellif":"Məmməd Səid Ordubadi"}]}]