JScript — Microsoft şirkətinin skriptli proqramlaşdırma dili. JScript dilinin sintaksisi Netscape şirkətinin JavaScript dilinin sintaksisinə çox bənzəyir. Veb-səhifəyə müştəri skriptləri əlavə etməkdən savayı (Mozilla layihəsinədək JavaScriptin yeganə funksiyası bundan ibarət idi), JScript başqa məqsədlər üçün də istifadə oluna bilər (məsələn, Microsoft Windows sistemlərinin inzibatçılığını avtomatlaşdırmaq: ASP səhifələri yaratmaq). JScript dilində yazılmış aşağıdakı proqram nümunəsində ekrana dialoq boksu çıxarılır(// simvollarından sonrakı yazılar şərhdir):
// Dəyişənin elan olunmasıvarstrMessage;// Dəyişənə qiymət mənimsədilməsistrMessage="Çox mal haramsız olmaz, çox söz yalansız";// Məlumatın ekrana çıxarılmasıWScript.echo(strMessage);