Karl Dönits
Karl Dönits | |
---|---|
alm. Karl Dönitz | |
Almaniyanın reyxsprezidenti | |
30 aprel 1945 – 23 may 1945 | |
Əvvəlki | Adolf Hitler |
Sonrakı | Birləşmiş hərbi işğal (1945-1949) Teodor Hoys (Qərbi Almaniya) Vilhelm Pik (Şərqi Almaniya) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qrünau, Almaniya İmperiyası |
Vəfat tarixi | (89 yaşında) |
Vəfat yeri | Aumül, Qərbi Almaniya |
Vəfat səbəbi | ürək tutması |
Partiya | |
Fəaliyyəti | siyasətçi, avtobioqraf[d], zabit |
Həyat yoldaşı | İngeborqa Veber |
Uşaqları |
qızı: Ursula (1917-?) oğlanları: Klaus (1920-1944), Piter (1922-1943) |
Dini | protestantlıq, lüteranlıq |
Hərbi xidmət | |
Mənsubiyyəti | Üçüncü Reyx |
Qoşun növü | Almaniya İmperatorluq Donanması[1], Reichsmarine, Kriqsmarine[2] |
Rəhbərlik edib | |
Döyüşlər | |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Karl Dönits (alm. Karl Dönitz; 16 sentyabr 1891[3][1][…], Qrünau[d], Prussiya, Almaniya imperiyası[1][4] – 24 dekabr 1980[3][5][…], Aumül[d], Şlezviq-Holşteyn, Qərbi Almaniya) — Almaniyanın dövlət və hərbi xadimi, qross-admiral (1943), sualtı donanmanın komandanı (1935—1943), Almaniya Hərbi-Dəniz Qüvvələrinin Baş komandanı (1943—1945), 30 aprel-23 may 1945-ci il tarixləri arasında Almaniyanın dövlət başçısı və Ali Baş Komandanı.
Həyatı
Karl Dönits 16 sentyabr 1891-ci ildə Berlin yaxınlığındakı Qrünau şəhərində mühəndis - optik ailəsində dünyaya gəlmişdir.
1910-cu ildə kadet kimi hərbi - dəniz qüvvələrində xidmətə başlamış, bir müddət hazırlıq keçdikdən sonra, 1913-cü ildə Almaniya Hərbi - Dəniz Qüvvələrinin zabiti olmuşdur. Birinci dünya müharibəsi ərəfəsində Dönits Aralıq dənizində kreyser şəxsi heyəti tərkibində xidmət etmiş, daha sonra 1916-cı ilin oktyabr ayında sualtı gəmilərin şəxsi heyətinə daxil edilmişdir. 1918-ci ildə əsir düşmüş və 1919-cu ilin iyul ayına qədər əsirlikdə qalmışdır.
Almaniya Hərbi - Dəniz Qüvvələrində xidmətini davam etdirən Dönits, 1935-ci ildə yeni tipli sualtı qayıqların hazırlanması və mükəmməlləşdirilməsi tapşırığını almışdır. Ancaq Herman Herinq ilə sualtı donanmaya ayrılan vəsait üzərində gərgin mübahisələrin yaranması bu prosesi bir müddət ləngitmişdir. Dönits həmin dövrdə müharibə başlayacağı təqdirdə Britaniyaya və digər ölkələrə müqavimət göstərmək üçün Reyxin təxminən 1000 sualtı gəmiyə ehtiyacı olduğunu bildirsə də, 1939-cu ildə ilk uğurlu nailiyyətlərə 57 sualtı gəmi ilə çatmışdır.
1943-cü ildə Adolf Hitlerin əmri ilə Qross-admiral Karl Dönits, Erix Röderin yerinə Alman Hərbi Dəniz Qüvvələrinin (Kriegsmarine) komandanı təyin olunmuşdur. Həmin ərəfədə Dönitsin sualtı gəmiləri nəinki Atlantik okeanı və Aralıq dənizi sularında müttəfiq qüvvələrə güclü müqavimət göstərmiş, hətta Antarktidaya da elmi-ekspedisiyalar etmişlər.
Qross-admiral Karl Dönits o dövr hərbçiləri arasında sualtı donanmanın "Canavar sürüsü" taktikası ilə məşhurlaşmışdır.
Adolf Hitlerin 30 aprel 1945-ci ildə intiharından sonra onun vəsiyyətinə əsasən Karl Dönits Alman dövlətinin sükanı arxasına keçmiş və həmin il may ayının 8-də kapitulasiya barədə danışıqlar aparmışdır.
Nürnberq cinayətlər məhkəməsində Qrossadmiral Karl Dönits törətdiyi cinayətlərə görə təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilmiş və 1956-cı ilin oktyabr ayında azadlığa buraxılmışdır.
Qərbi Berlindəki Şpandau həbsxanasından çıxdıqdan sonra Karl Dönits "10 il və 20 gün" adlı memuar yazdı.Bu əsərdə 10 il sualtı donanmaya komandanlıq və 20 gün dövlət başçılığı nəzərdə tutulurdu. Qross-admiral Karl Dönits 24 dekabr 1980-ci il tarixində vəfat etmişdir.
İstinadlar
- ↑ 1 2 3 4 5 Hitler's U-Boat War: The Hunters, 1939-1942. 1996. S. 35. ISBN 0-394-58839-8
- ↑ 1 2 3 Busch R., Röll H. Der U-Boot-Krieg, 1939-1945 (alm.): Die Ritterkreuzträger der U-Boot-Waffe von September 1939 bis Mai 1945. E.S. Mittler & Sohn, 2003. S. 55. 539 s. ISBN 978-3-8132-0515-2
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Nuremberg Trials Project. 2016.
- ↑ Karl Donitz // Encyclopædia Britannica (ing.).
Xarici keçidlər
- Karl Dönitz ilə ilgili İngiliscə məlumat
- Юбершер Г. Соратники Гитлера. Гальдер. Дениц. — Ростов-на-Дону: Феникс, 1998. — ISBN 5-222-00440-6
- Дёниц К. Немецкие подводные лодки во Второй мировой войне (сокращённый перевод "10 лет и 20 дней")
- Агония Третьего рейха: о чем молчали архивы