Kvebek aktı
Formal olaraq,Britaniyanın Şimali Amerika aktı kimi tanınan Kvebek aktı(1774),əyalətdə idarəetmə prosedurlarını müəyyənləşdirən Böyük Britaniya Parlamentinin aktı idi.Aktın əsas komponentləri bunlar idi:
- Protestant inama istinad sədaqət andından çıxarılırdı;
- Katolik məzhəbinin azad praktikasına icazə verilirdi;
- İngilis ümumi qanununa müvafiq olaraq,xüsusi hüquq məsələləri üzrə fransız mülki hüququnun istifadəsi bərpa edildi;
- İnzibati müraciətlər,məhkəmə proseduru və cinayət təqibi daxil olmaqla,ictimai hüquq məsələləri üzrə ingilis ümumi hüququ təsdiqləndi;
- Katolik kilsəsinin desyatinləri tətbiq etmək hüququnu bərpa etdi.
Bu aktın 13 koloniyadakı kimi Kvebekin özündə də,genişmiqyaslı təsirləri vardı.Kvebekdə britaniya və cənubdan olan mühacirlər onun siyasi azadlığın aradan qaldırılması kimi gördükləri müddəalarına qarşı etiraz etdilər.Bu akt 13 koloniyada qəbul olunmuş 5 akta oxşar olan bir akt idi(5+1).Bunlar hamısı Britaniya Parlamentinin iclaslarında qəbul edilmişdi.Amerikalılar Kvebek aktını Katolik məzhəbinin yaradılması kimi şərh edirdilər.Amerikalılar Fransız-hindu müharibəsi zamanı ağır şəkildə mübarizə aparmışdılar və hazırda onlara bu aktda verilən müddəaları özlərinə təhqir kimi görürdülər.Yeddi illik müharibədən sonra sülh 1763-cü il Paris müqaviləsi ilə reallaşdı.Müqavilənin şərtlərinə görə,Fransa dəyərli bildiyi şəkər istehsalı olan Qvadelupa və Martinikanı saxlamaq əvəzini istəyərək,Yeni Fransanı güzəşt etdi.Britaniyaya Yeni Fransa az qiymətli hesab olunurdu.O zaman onun tək kommersiya məhsulu qunduz dərisi idi.Fransa tərəfindən Kanada adlandırılan Müqəddəs Lavrenti çayı ərazisi sonradan ingilislər tərəfindən Kvebek adlandırıldı.1774-cü il aktında Katolik dininin istifadəsinə icazə verilməsi ilk dəfə olaraq Fransız kanadalıların öz etiqadlarından imtina etmədən əyalət hakimiyyətində hüquqi cəhətdən iştirakına imkan verdi.Dayandırılmış desyatinlərin yığımını bərpa etdi və əyalətə qayıtmaq üçün yezuit keşişlərə icazə verdi.Akt həmçinin,əyalət hökumətinin hüquqlarını müəyyən etdi.Qubernator kral tərəfindən təyin olunurdu.O,qanunvericilik Şurasının köməyilə idarəçilik edirdi.Seçilmiş parlament Assambleyası üçün isə müddəalar yox idi.Torpaq bölgüsündə isə idarəedici vasitə kimi senyorial sistem bərpa edildi.Bu fransızların əyaləti idarə etdiyi sistem idi.Bu akt vətənpərvərləri qəzəbləndirdi və onlar tərəfindən bu akt dözülməz aktlardan biri adlandırıldı və amerikan inqilabının gəlməsinə də öz töhfəsini verdi.Kvebek aktı həmçini Kvebekin ənənəvi sərhədlərindən heç vaxt kənarda həyata keçirilmirdi.13 koloniyada isı mahiyyət ondan ibarəət idi ki,o vətənpərvərləri qəzəbləndirir və tacı dəstəkləyənləri təşvişə salırdı.