Məhəmməd Əbdül Moneim

Məhəmməd Əbdül Moneim
26 iyul 1952 – 18 iyun 1953
MonarxII Fuad
Şəxsi məlumatlar
Doğum tarixi 20 fevral 1899(1899-02-20)
Doğum yeri
Vəfat tarixi 1 dekabr 1979(1979-12-01) (80 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Atası II Abbas
Anası Ikbal Khanum Effendi
Həyat yoldaşı
Ailəsi Kavalalı ailəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhəmməd Əbdül Moneim (ərəb. الأمير محمد عبد المنعم‎; 20 fevral 1899, İsgəndəriyyə1 dekabr 1979, İstanbul) — Misirin son xidivi II Abbas Hilmi Paşanın oğullarından biri, Misir şahzadəsi.

20 fevral 1899-cu ildə İsgəndəriyyədə dünyaya gəldi. Atası xidiv II Abbas Hilmi Paşa, anası isə onun ilk xanımı İqbal xanımdır. Atasının ən böyük oğlu olduğu üçün doğuşdan vəliəhd ünvanı aldı. İsveçrənin Friburq şəhərində təhsil aldı. Atası Birinci Dünya Müharibəsində Osmanlıları dəstəklədiyi üçün ingilislər tərəfindən 1914-cü ildə taxtdan endirildi. Taxt sırası onda olsa da, ingilis tərəfdarı olan yaşca böyük əmisi Hüseyn Kamil taxta çıxarıldı.

1927-ci ildə Misir krallığına qayıtdı[1]1933-cü ildə ABŞKanadaya rəsmi səfərlərə qatıldı.[2] 1934-1938-ci illərdə Misir Olimpiada komitəsinin rəhbəri kimi fəaliyyət göstərdi. 1952-ci ildə kral I Faruk taxtdan çəkildi və 6 aylıq oğlu II Fuad taxta çıxarıldı. Məhəmməd Əbdül Moneim isə körpə-kralın naibi təyin edildi. Naibliyi ertəsi il Misirdə respublikanın elan edilməsiylə başa çatdı. Beləliklə, Misirdə Kavalalı ailəsinin hakimiyyətinə son qoyuldu. 1957-ci ilin dekabrında Camal Əbdül Nasiri devrimək və monarxiyanı bərpa etməklə ittiham edilərək qısa müddətliyinə həbs olundu.[3] Ardından azad edildi və ailəsiylə birlikdə İstanbula getdi. 1979-cu ildə burada vəfat etdi və cənazəsi Qahirəyə aparılaraq dəfn olundu.

Ailəsi

26 sentyabr 1940-cı ildə Qahirədə son Osmanlı sultanı Sultan Vahidəddinin nəvəsi Fatma Nəslişah Sultanla evləndirildi. Cütlüyün bu nigahdan 2 övladı dünyaya gəldi.

İstinadlar

  1. "Sister of King Zog Wooed by Egyptian". New York Times. 19 July 1938. p. 14
  2. "Two Egyptian Princes Here". New York Times. 13 June 1933. p. 16
  3. "Farouk's Cousin Jailed In Cairo Plot Charges". New York Times. 25 December 1957. p. 17