M48 Patton
M48 Patton | |
---|---|
![]() | |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismara başlanması | 1953 |
İstifadə edilən döyüşlər | |
İstehsal tarixçəsi | |
İstehsalçı | Chrysler, Ford |
Xüsusiyyətləri | |
Eni | 3,62 m |
Hündürlüyü | 3,12 m |
![]() |
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/01/KpzM48.jpg/300px-KpzM48.jpg)
M48 Patton Patton seriyasındakı tankların üçüncü və son orta tankıdır. M48 Patton tankları, Koreya və Vyetnam müharibələrində istifadə edilən əsas tanklardır. Amerikalı general George Pattonun adını daşıyır.
M48 Patton, ABŞ Silahlı Qüvvələrinin xidmətindəki M4 Sherman və M47 Patton tanklarını əvəz etmək üçün yaradılmışdır. M48 Patton, M47 Pattona bənzər görünsə də, M48 Patton tamamilə yeni bir tank dizaynındadır. M48 Patton tankı M60 Patton tankı xidmətə qəbul edilənə qədər ABŞ ordusunda bir ara keçid tankı olaraq xidmət etmişdir.
A5 modelləri ilə ABŞ Quru Qoşunları tərəfindən 1990-cı illərə qədər istifadə olunan bu tank sonradan xidmətdən çıxarıldı. Qərbi Almaniyanın silahsızlaşdırılması müqavilələrinə əsasən 1.000-ə qədər tank Türkiyəyə satılaraq əldən çıxarılmış, beləcə almanlar əllərindəki tankları yeniləmə fürsətindən ağıllı bir formada istifadə etmişdirlər. Türkiyənin əlindəki M48 tankları yavaş-yavaş xidmətdən çəkilməkdə olub, daha çox polis bölmələrinin qorunmasında istifadə edilməkdədirlər.
Ümumi xüsusiyyətləri
İstehsalçı ölkə: ABŞ
Tip: Əsas döyüş tankı
İstehsalçı firma: Chrysler; Fisher Tank Arsenal; Ford
Xidmətə giriş ili: 1952 – günümüzə
Ekipaj: 4 nəfər
İstehsal sayı: 12.000 ədəd
Modelləri: M60 Patton, Magach 1/2/3/4/5
Ölçülər
Ağırlığı: 44.8 ton
Uzunluğu: 6.96 m
Lülə daxil olmaqla: 8.81 m
Eni: 3.63 m
Hündürlüyü: 3.24 m
Klirens: 0.42 m
Müdafiə
Zireh qalınlığı: 120 mm tökmə homogen polad Tüstü bombaları
Performans
Zəminə təzyiq: 0,78 kq/sm ²
Dalış dərinliyi: 1.2 m
Xəndək keçmə: 2.6 m
Divar dağıtmaq: 0.9 m
Qalxma dərəcəsi: 30º
Motor: Continental AVDS-1790 benzin
At gücü: 810
Maksimal sürət: 48 km/saat
Yanacaq çəninin tutumu: 757 litr
Mənzili: 113 km
Dayandırılması: burulma bar
Silahlanma
Əsas silahı: M48 M48A1/A2 tanklarında 90 mm-lik T54 topu
M48A3 tanklarında 90 mm-lik M41 topu
M48A5 tanklarında 105 mm-lik M68 yivli topu
Kalibr: 90 mm və 105 mm
Lülənin qalxma bucağı: 0º... +19º
Üfüqi tuşlama bucağı: 360º
Mərmi ağırlığı: 14.63 – 19.89 kq
Mərminin başlanğıc sürəti: 851 m/s
Atış tezliyi: 7 atış/dəqiqədə
Atəş məsafəsi: 1.4 km
Maksimal atəş məsafəsi: 10.3 km
12.7 mm “M2 Browning” pulemyotu
Kalibr: 12.7 mm
Mərmi: 12.7x99 mm
Atış tezliyi: 485-635 atış/dəqiqədə
Güllənin başlanğıc sürəti: 855 m/saniyə
Atəş məsafəsi: 1.8 km
Maksimal atəş məsafəsi: 6.7 km
7.62 mm “M73” pulemyotu Kalibr: 7.62 mm
Mərmi: 7.62x51 mm-lik NATO standartlarına cavab verir
Atış tezliyi: 500-625 atış/dəqiqədə
Güllənin başlanğıc sürəti: 853 m/saniyə
Atəş məsafəsi: 900 m
Maksimal atəş məsafəsi: 3.7 km
İstifadə edən ölkələr
İsrail
İran
İordaniya
İspaniya
Cənubi Koreya
ÇXR
Norveç
Mərakeş
Pakistan
Portuqaliya
Livan
Türkiyə
Tayvan
Tailand
Tunis
Yunanıstan