Malaya Universiteti
Malaya Universiteti | |
---|---|
3°07′15″ şm. e. 101°39′23″ ş. u. | |
Əsası qoyulub | 1934 |
Ölkə | |
Sayt | um.edu.my |
Vikianbarda əlaqəli mediafayllar |
Malaya Universiteti — Malayziyanın Kuala–Lumpur şəhərində ictimai tədqiqat universiteti. Universitet Malayziyanın ən qədim və ən yüksək səviyyəli ali təhsil müəssisəsidir[2][3] və yeni müstəqillik qazanmış Malayada yeganə universitet idi.[4] Universitet Malayziyanın 5 Baş nazirini və ölkənin digər görkəmli siyasi, biznes və mədəniyyət xadimlərini yetişdirmişdir.
Tarixi
1949-cu ilin oktyabrında Kral VII Edvard Tibb Kolleci ilə Raffles Kollecinin birləşməsi universitet yaratdı. İlk onillikdə sürətli böyümə universitetin 15 yanvar 1959-cu ildə biri Sinqapurda, digəri isə Kuala-Lumpurda yerləşən 2 müstəqil bölmədə təşkil edilməsinə səbəb oldu. 1960-cı ildə Malaya və Sinqapur hökumətləri universiteti 2 ayrı Milli Universitetlərə böldü. Bir filial Sinqapurda yerləşirdi və Sinqapur Malayziyadan müstəqillik qazandıqdan sonra Sinqapur Universitetinə çevrildi (1980-ci ildə Sinqapur Milli Universiteti ilə birləşdi), digər filial isə Malaya Universiteti adını saxlayaraq Kuala–Lumpurda yerləşirdi.
Qanun 1961-ci ildə qəbul edildi və Malaya Universiteti 1962-ci il yanvarın 1-də təsis edildi.[5][6][7]
2012-ci ildə Universitetə Ali Təhsil Nazirliyi tərəfindən muxtariyyət verilmişdir.[8]
Akademik strukturu
Fakültələri
- Humanitar və sosial elmlər
- İqtisadiyyat
- Pedaqogika
- Mühəndislik
- Hüquq
- Tibb
- Stomatologiya
- Kompüter elmləri informasiya elmləri
- Biznes və mühasibatlıq
- Təbiət elmləri
- Dillər və dilçilik
- Memarlıq
Akademiyaları
- İslamşünaslıq
- Malayziyaşünaslıq
Mərkəzləri
- Sivilizasiyaların dialoqu
- Mədəniyyət
- Bədən tərbiyəsi və idman
- Elm
- Ailə münasibətləri
- Davamlı təhsil
İnstitutları
- Tədqiqat və İdarəetmə
- Aspirantura
- Asiya və Avropa
- Beynəlxalq Dövlət siyasəti və İdarəetmə
- Çin tədqiqatları
- Elm
Kitabxanaları
Universitetin kitabxanasında 2 mln. çox kitab və Elektron Resurs yerləşir.
- Mərkəzi kitabxana
- Əsas kitabxana
- Filial kitabxanaları
- T.J. Danaraj Tibb kitabxanası
- Əhməd İbrahim Hüquq kitabxanası
- Za'ba Memorial kitabxanası
- Xüsusi kitabxana
- Şərqi Asiya Tədqiqatları kitabxanası
- Təhsil kitabxanası
- Mühəndislik fakültəsinin kitabxanası
- Hindistan tədqiqatları Kitabxanası
- İslam Araşdırmaları İnsitutunun kitabxanası
- Dillər və Dilçilik kitabxanası
- Malayşünaslıq kitabxanası
Muzey və Qalereyaları
- Asiya İncəsənət Muzeyi
- Zoologiya Muzeyi və Biologiya Elmləri İnstitutu
- Geologiya Muzeyi
- Malay Araşdırmalar Muzeyi və Malay Tədqiqatları Akademiyası
- Malaya İncəsənət Qalereyası
Malaya Universitetinin ərazisində 15 yataqxanası, həmçinin Asiya İncəsənət Muzeyi, Rəsm qalereyası, Tibb Mərkəzi, Nəbatat bağı (Rimba İlmu), teatrı var.
Reytinqı
Malayziyanın 1 nömrəli universiteti və Cənub-Şərqi Asiyanın ən yaxşı 3 universitetindən biri hesab olunur. Həmçinin QS, Dünya universitetlərinin akademik reytinqi, U.S. News & World Report kimi ABŞ-ın nüfuzlu nəşriyyatlarına görə dünyanın ən yaxşı 300 universiteti arasında yer alır.
Hal-hazırda MU QS World University Rankingsın reytinqində dünyada 65-ci, Times Higher Education World University Rankinga görə ən yaxşı 300 universitet arasında yer alır.
İstinadlar
- ↑ 1 2 Directory of Open Access Journals. 2003.
- ↑ "World University Rankings". Times Higher Education (THE) (ingilis). 2018-09-26. İstifadə tarixi: 2019-05-11.
- ↑ https://www.topuniversities.com/universities/universiti-malaya-um
- ↑ https://www.nst.com.my/opinion/letters/2021/11/743311/learning-universiti-malayas-success-stories
- ↑ humans.txt. "UM Fact Sheet". um.edu.my. İstifadə tarixi: 23 July 2018.
- ↑ "Our Chancellors and Vice-Chancellors : A biographical sketch : NUS History". 20 June 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-18.
- ↑ http://www.malaysiacentral.com/information-directory/university-of-malaya-the-oldest-university-in-malaysia/#sthash.QperHYtQ.dpbs
- ↑ AMINUDDIN, MOHSIN. "UM set for autonomy". The Star. 26 January 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 February 2012.