Nil Qeyman

Nil Qeyman
Neil Gaiman
Nil qeyman 2007-ci ildə
Nil qeyman 2007-ci ildə
Doğum adı Nil Riçard Qeyman (Neil Richard Gaiman)
Doğum tarixi (64 yaş)
Doğum yeri Portsmut, Böyük Britaniya
Fəaliyyəti yazıçı
ssenarist
Fəaliyyət illəri 1980-cı ildən — bugünə kimi
İstiqamət fantastika
Janrlar fentezi, mistika, qorxu
Mükafatları Hüqo mükafatı, Nebula mükafatı, Brem Stoker mükafatı, Con Nyuberi mükafatı, Lokus mükafatı
İmza
neilgaiman.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nil Riçard MakKinnon Qeyman (ing. Neil Richard MacKinnon Gaiman; Portsmut, Böyük Britaniya) — məşhur ingilis yazıçı, qrafiki romanların və komikslərin müəllifi,ssenarist . Məşhur işlərinə misal olaraq bunları göstərmək olar: "Ulduz tozu", "Amerika Tanrıları", "Korolina", "Qəbiristanlıq kitabı", komiks seriası "Qum adam". Qeymana çox mükafatlar verilmişdir: Hüqo mükafatı, Nebula mükafatı, Brem Stoker mükafatı, Con Nyuberi mükafatı, Lokus mükafatı.

Həyatı

Geyman Polşa və Aşkenazi yəhudilərinin nəslindən gəlir. Onun ulu babası hardasa 1914-cü ildən öncə Belçikanın Antverpen şəhərindən İngiltərəyə gəlib.

Onun babası Portsmutda məskunlaşdıqdan sonra soyadını Çeymandan (Chaiman) Geymana dəyişmiş və ingilis cəmiyyətinə inteqrasiya olmuşdur. O, bu müddət zamanı marketlər şəbəkəsi işlədib. Onun atası Devid Bernard Geyman da həmin market işində çalışaraq ailə biznesini davam etdirib. Geymanın anası Şeyla (Qoldmen) isə əczaçı olmuşdur. Geymanın özündən yaşça kiçik iki bacısı var: Kler və Lizzi.

Geyman ailəsi 1965-ci ildə Qərbi Susseksdəki Şərqi Qrinstedə köçür. Nilin valideynləri orada yerli "Scientology" mərkəzində Dianetika üzrə təhsil alırdılar. Nilin bacılarından biri hazırda Los-Ancelesdəki Scientology kilsəsində işləyir. Nil Geyman şəxsən sayentoloq olmadığını bildirir.

Geyman artıq dörd yaşında ikən səlis oxu bacarığına yiyələnmişdi. On yaşında Dennis Uitlinin əsərləini oxumaqdan zövq alırdı. Sözsüz ki, Nilin ədəbi zövqünün formalaşmasında onun böyük rolu olub. Nilin əlindən düşməyən daha bir kitab Con Tolkinin məşhur "Üzüklərin hökmdarı" romanı idi.

İstinadlar

Xarici keçidlər