Qara daş

Qara daş (Ər: الحجر الأسود, Həcərül Əsvəd, Həcər: Daş, Əsvəd isə: Qara) — Məkkədə Kəbənin bir bucağında yerləşdirilmişdir. Müsəlmanlar bu daşın Cənnətdən endirildiyi inancındadırlar.

Qara daşın yerinə qaytarılması

İbn İşaqın məlumatına görə 605-ci ildə Məhəmməd( s.a.s) Kəbənin divarındaki Qara Daşın yerləşdirilməsində iştirak etmişdi. Qara Daş Kəbənin bərpası zamanı çıxardılmışdı. Məkkənin rəhbər şəxsləri kimin Qara Daşı yerinə qaytarması barədə qərara gələ bilmirdilər. Ən nəhayətdə qərara aldılar ki, qapıdan daxil olan bir sonraki adam Qara Daşı yerinə qaytarmaq səlahiyyətinə malik olsun. Bu zaman Məhəmməd(s.a.s) qapıdan içəri daxil oldu. Beləliklə, Məhəmməd(s.a.s) daşı bir parçanın ortasına yerləşdirdi. Digərləri isə kənarlarından tutdular və birlikdə Qara Daşı apardılar. Sonra isə Məhəmməd(s.a.s) daşı yerinə yerləşdirdi. Bu hadisə Cəbrailin(a.s) ona ilk vəhy gətirməsindən 5 il əvvəl baş vermişdi.[1][2]

Kəbə iki dəfə yanmış, 1626-cı ildə isə Məkkəni sel basdıqda, suda batmışdır. Bu bədbəxt hadisələrdən sonra Qara daş 15 parçaya bölünmüşdür. İndi bu hissələr sement məhlulu ilə birləşdirilib və gümüş çərçivəyə salınıb. Daşın görünən hissəsi, təxminən, 16,5x20 sm-dir.

Mənbə

  1. Dairesi, Hırka-i Saadet; Aydin, Hilmi. Uğurluel, Talha; Doğru, Ahmet (redaktorlar ). The Sacred Trusts: Pavilion of the Sacred Relics, Topkapı Palace Museum, Istanbul. Tughra Books. 2004. ISBN 978-1-932099-72-0.
  2. Muhammad Mustafa Al-A'zami (2003), The History of The Qur'anic Text: From Revelation to Compilation: A Comparative Study with the Old and New Testaments, p. 24. UK Islamic Academy. ISBN 978-1-872531-65-6.