Qaraçuxur

Qaraçuxur
40°23′48″ şm. e. 49°58′25″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Suraxanı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 51 m
Saat qurşağı
Əhalisi
Əhalisi 87 349 (2020) nəfər
Rəsmi dili
Xəritəni göstər/gizlə
Qaraçuxur xəritədə
Qaraçuxur
Qaraçuxur
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

QaraçuxurBakının Suraxanı rayonunda qəsəbə.

Tarixi

1923-cü ildən Kaqanoviç qəsəbəsi, 1939-cu ilin dekabr ayından isə Kaqanoviç rayonu adlandırılmışdır. 26 sentyabr 1955-ci ildə Bakı şəhəri Orconikidze rayonunun tərkibinə verilmiş və yenidən Kaqanoviç qəsəbəsi adlandırılmışdır. 31 avqust 1957-ci ildə Qaraçuxur qəsəbəsi adlandırılmış, 26 may 1964-cü ildə isə bu ad Serebrovski adı ilə əvəz olunmuşdur.

Azərbaycan Respublikası Ali Sovetinin 29 aprel 1992-ci il tarixli qərarı ilə qəsəbə yenidən Qaraçuxur adlandırılmışdır.[1]

Əhalisi

Qaraçuxur qəsəbəsinin əhalisi 87349 nəfər təşkil edir, bunlardan 46300 nəfəri Yeni Günəşli yaşayış sahəsində yaşayır. Məcburi köçkünlərin sayı – 8517 nəfərdir (1960 ailə).

Məlumat

Qəsəbədə 7 orta ümumtəhsil məktəbi, 1 gimnaziya, 1 stomatoloji poliklinika, 1 tibbi sanitar hissə və 1 xəstəxana yerləşir.

Şəhid adları ilə adlandırılmış küçələr

  • Quliyev Vüqar Məmmədəli oğlu – "Bağ" küçəsinə adı verilib.
  • Qurbanov Cəlal Bilal oğlu – "Kirov" küçəsinə adı verilib.
  • Şərifov Zaur Faiq oğlu – "Razin" küçəsinə adı verilib.
  • İsmayılov Nizami Zeynalabdin oğlu – "Qumluq" küçəsinə adı verilib.
  • İsmayılov Kərəm İdris oğlu – "Saray" küçəsinə adı verilib.
  • Əliyev Yaşar Səməd oğlu – "Ambulator" küçəsinə adı verilib.
  • Musayev İlqar Vaqif oğlu – "Kərpiç" küçəsinə adı verilib.
  • Şirinov Tərlan Orucbəy oğlu – "Üzümlük" küçəsinə adı verilib.
  • Mehbalıyev Əhməd Suliddin oğlu – "Gənclik" küçəsinə adı verilib.
  • Cəfərov Samir Vaqif oğlu – "Seyranbağça" küçəsinə adı verilib.
  • Bəkirli Etibar Mustafa oğlu – "Trubnaya baza" küçəsinə adı verilib.
  • Eyvazov Yusif Ayvaz oğlu – "4048-ci kvartal"-a adı verilib.
  • Vəliyev Qəzənfər Həmid oğlu – "Xəzan" küçəsinə adı verilib.
  • Rəhimov Cavanşir İzzət oğlu – 146 saylı məktəb onun adınadır, parkda büstü qoyulub.
  • Alıcanov Rafiq Cəfər oğlu – "Yeni Qumluq" küçəsinə adı verilib.

İstinadlar

Xarici keçidlər