Sandro Matsola
Sandro Matsola | |
---|---|
it. Sandro Mazzola | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 8 noyabr 1942[1] (82 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 179 sm |
Çəkisi | 74 kq |
Mövqeyi | yarımmüdafiəçi |
Vikianbarda əlaqəli mediafayllar |
Alessandro "Sandro" Matsola (it. Alessandro "Sandro" Mazzola; 8 noyabr 1942[1], Turin) — italiyalı keçmiş futbolçu. Müxtəlif dövrlərdə hücumçu və yarımmüdafiəçi kimi çıxış edib. 1968 Avropa çempionu və 1970 milli komanda ilə vitse dünya çempionu. Hal-hazırda RAI-də idman şərhçisi işləyir.
Karyera
Öz dövrunun məşhur futbolçusu Valentino Matsolanın oğlu, Ferrucco Matsolanın böyük qardaşı.
Karyerasında ancaq bir klubun, Milanın "İnter" klubunun heyətində çıxış edib. Karyerasında debüt oyunu 10 iyun 1961-ci il tarixində, komandasının "Yuventus" klubuna 1: 9 hesabı ilə məğlub olduğu oyunda olub.
Ümumilikdə "İnter"də 565 oyunda 160 qol vurub. "İnter"in heyətində A Seriyasında isə 418 oyun keçirib və 116 qol vurub.
İtaliya millisində 20 yşında debüt edib. Millidə 70 oyun keçirərək (1963–1974), 22 qol vurub.
Uğurları
- İtaliya çempionu: 1962/63, 1964/65, 1965/66, 1970/71
- Avropa Çempionlar kubokunun qalibi: 1963/64, 1964/65
- Qitələrarası Kubokun qalibi: 1964, 1965
- Avropa çempionu: 1968
- İtaliya çempionatının bombardiri: 1964/65
- Dünya çempionatının iştirakçısı: 1966, 1970, 1974
İstinadlar
- ↑ 1 2 Sandro Mazzola // Transfermarkt (çd.). 2000.
Xarici keçidlər
- FC Inter arxivi (ital.) )
- İtaliya Futbol Federasiyasının saytında Sandro Mazzola (ital.) )