Türkviziya — Türkiyənin TMB telekanalı tərəfindən qurulan yeni beynəlxalq mahnı müsabiqəsi. İlk müsabiqə Türkiyənin şəhərlərindən biri olan ƏskişəhərdəAnadolu Universitetində keçirilmişdir. Müsabiqəni 210 xalla Azərbaycan təmsilçisi Fərid Həsənov "Yaşa" mahnısı ilə qazanmışdır. Müsabiqənin ikincisi Tatarıstanın paytaxtı Kazan şəhərində baş tutmuş, 25 ölkə qatılmış və qalib 225 xalla Qazaxıstan təmsilçisi Janar Duqalova "Izin Körem" mahnısı ilə olmuşdur.