Təklif

Təklif - istehsalçıların müəyyən bir qiymətə və müddətdə məhsulu hansı miqdarda satmağa hazır və imkanı olduğunu göstərir. Tələb kimi, o, qrafikdə əyri kimi ifadə olunur, və əsasən qiymətdən müsbət və ya düz şəkildə asılıdır. Təklifə də müvafiq olan qanun mövcüddur: bütün digər şərtlər dəyişməyən halda, qiymətin artımı təklifin artmasına da səbəb olur.[1][2] Qiymət istehsalçı üçün gəlirin göstəricidir, ona görə də yüksək qiymət onu bazara daha çox mal təklif etmək və satmaq təşviq edir.

İstehlakçıların müəyyən zaman kəsiyində satmaq istədikləri və satmağa qadir olduqıarı əmtəə və ya xidmətlərin miqdarına təklifin həcmi deyilir.

Təklifə təsir edən amillər

Təklifin artımına (təklif əyrinin sağa çəkilməsi) və ya azalmasına (təklif əyrinin sola çəkilməsi) səbəb ola bilən bir neçə amillər mövcüddur. Bunlardan:

  • Vəsaitlərin qiyməti. İstehsalın xərcləri və təklif arasında sıx əlaqə var. Hər əlavə ədəd istehsal etmək üçün daha baha vəsaitlərə pul ayrılmaq lazımdır. Misal üçün, əgər ağacın qiyməti düşsə, kağızın təklifi artıra bilər.
  • Texnologiya. Texnologiyada yeniliklər istehsalı daha səmərəli edə və xərcləri azalda bilər.
  • Vergilər və dotasiyalar. Çoxlu şirkətlər vergilərə istehsalın xərcinə kimi yanaşırlar. Ona görə də satış və ya əmlak vergilərin artımı təklifə mənfi təsir göstərə bilər. Dotasiya (yəni ki məhsulun istehsalçısına dövlətdən maddi yardım) isə əksinə, xərcləri azaldır, və təklif artır.
  • Digər məhsulların qiymətləri. Bu bir-birini əvəz edə bilən məhsulların təklifi üçün aiddir. Məsələn, əgər buğdanın qiyməti artır, onda istehsalçı qarğıdalıdan buğdanı yetişdirməyə keçir. Deməli, buğdanın təklif Bold texti artır, qarğıdalının isə düşür.
  • Gözləmələr. Gözləmələrin təsiri müxtəlif ola bilər. Misal üçün, buğda fermerləri gələcəkdə buğda qiymətinin artımını gözləsə, öz məhsulunu satışdan saxlaya bilərlər, və təklif düşür. O biri tərəfdən isə, emaledici sənayedə cari istehsal yüksələ bilər, əgər xammalın qiymətlərinin artımı gözlənilir.
  • Satıcıların sayı. Bazara daxil olan yeni istehsalçılar təklifin artmasına səbəb olurlar.

Həmçinin bax

İstinadlar

  1. "Arxivlənmiş surət". 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-23.
  2. Sullivan, arthur; Steven M. Sheffrin (2003). Economics: Principles in action. Upper Saddle River, New Jersey 07458: Pearson Prentice Hall. pp. 101. ISBN 0-13-063085-3.