UH-1
UH-1 | |
---|---|
![]() | |
İstehsalçı | Bell Textron Helicopter |
İlk uçuş | 20 Oktyabr 1956 (XH-40) |
İstismara verilmə tarixi | 1959 |
İstismarçılar | |
Buraxılış sayı | 16.000 |
![]() |
Bell firması tərəfindən istehsal edilən hərbi məqsədli daşıma vertolyotu. UH-1 Iroquois adıyla bilinir. İlk başda hərbi məqsədlərlə çıxarılmış bir vertolyot olsa da gözləniləndən çox daha böyük bir maraq görmüş və sivil məqsədlər üçün də istifadə edilmişdir. Dünyanın ən "məşhur" vertolyotlarından biri olmaqla birlikdə artıq istifadə dövrünü yavaş-yavaş başa çatdıran bu vertolyot bir çox pilotun hələ də əvəzedilməz helikopteri olmağa davam edəcək.
İnkişaf Prosesi
UH-1-lərin dizayn quruluşu Bell Model 204ə əsaslanır. Helikopter axtarış-qurtarma, nəqliyyat və pilotların təlimləri vəzifələrində istifadə üçün nəzərdə tutulmuşdur. İlk uçuşunu 22 Oktyabr 1956-cı ildə edən UH-1 helikopterləri 1959-ci ildə ABŞ Silahlı Qüvvələrinin xidmətinə girmişdilər. "Bütün zamanların ən yaxşı Vertolyotları" sənədli filmində, ən yaxşı vertolyot seçilmişdir.
UH-1-lər müvəffəqiyyətli Bell silsilə vertolyotlarının qabaqcılıdır. Vyetnam müharibəsində istifadə üçün nəzərdə tutulmuş UH-1B modelində kabinə, 9 əsgər və ya 3 xərək alacaq şəkildə genişləndirilmişdir. Vyetnam müharibəsində istehsal məqsədlərinin xaricində piyadalara iştirak dəstəyi vermə və kəşfiyyat vəzifələrində də istifadə edilmişdirlər. Buna görə çox yüksək itkilər vermişlər: ölən pilotların sayı 2002 olarkən itirilən vertolyot sayı təxminən olaraq 5.000 ədəddir.
2004-cü ildə Amerikan Ordusu bütün UH-1 ləri UH-60 Blackhawklarla dəyişdirmişdir. 2004-ci ildən sonra Amerika Ordusu yalnız bu dörd vertolyotu istifadə edəcəyini açıqlamışdır: AH-64 Apache, Boeing CH-47 Chinook, OH-58 Kiowa və Sikorski UH-60. Amerika ordusunda UH-1-lər hələ təlim məqsədiylə və hava təcili yardımların olaraq istifadə edilməkdədir. Avstraliya Ordusu da bir neçə il əvvəl son UH-1 vertolyotlarına təşkil etdiyi bir mərasimlə təqaüdə ayırmışdır.
İstifadəçilər
Türkiyə
Əfqanıstan
Albaniya
Avstraliya
Avstriya
Bəhreyn
Banqladeş
Beliz
Boliviya
Bosniya və Herseqovina
Braziliya
Bruney
Kamboca
Kanada
Çili
Kolumbiya
Kosta-Rika
Dominikan Respublikası
Ekvador
Efiopiya
Almaniya
Yunanıstan
Gürcüstan
Qvatemala
Honduras
İndoneziya
İran
İraq
İsrail
İtaliya
Yamayka
Yaponiya
İordaniya
Küveyt
Livan
Makedoniya
Meksika
Hollandiya
Yeni Zelandiya
Norveç
Pakistan
Paraqvay
Papua-Yeni Qvineya
Filippin
Səudiyyə Ərəbistanı
Seneqal
Sinqapur
Serbiya
Somali
Cənubi Koreya
Vyetnam
İspaniya
İsveç
Tanzaniya
Tunis
Uqanda
Birləşmiş Ərəb Əmirlikləri
ABŞ
Uruqvay
Venesuela
Yəmən
Zambiya
Zimbabve
Texniki Məlumatlar
UH-1 (205A-1)

Ümumi Xüsusiyyətlər
- Çəkisi:
- Yüksüz: 2.363 kq
- Ən çox daşıya biləcəyi yükün ağırlığı: 4.309 kq
- Uzunluq:
- Gövdə: 12,77 m
- Hamısı (rotorla): 11.62 m
- Yüksəklik: 4,42 m
- Rotor diametri: 14,63 m
- Ekipajı: 1-2
- Daşıma Tutumu: hava istiliyi və edilən rakıma görə dəyişəndir. ortalama 9-10 əsgər və ya 6 xərək
Performans
- Motor: 1 AVCon Lycoming T53-L-13 Wellenturbine mit 1.400 WPS (1,044 kW)
- Ən Yüksək Sürət: 204 km / sa.
- Xidmət Tavanı: 3.840 m
- Uçuş Yüksəkliyi: 4.280 m
- Mənzil: təxminən 510 km
İstinadlar
- ↑ 1 2 World Air Forces 2014. 2014.
- ↑ 1 2 World Air Forces 2008. 2008.